Previous Next
Bağla

RİA.Az saytına Azərbaycandan giriş 3 saatdan artıq dayandırıdı

04-08-2009 20:11
RİA.Az saytına Azərbaycandan giriş 3 saatdan artıq dayandırıdı

Avqustun 4-də təxminən saat 15 radəlrindən etibarən Reportyor İnformasiya Agentliyinin internet səhifəsinə (Ria.Az) giriş qadağan edilib, e-mail postası ([email protected]) bağlanılıb. Bu barədə RİA-nın təsisçisi Zülfüqar Xeyirxəbər məlumat verib. Onun sözlərinə görə, günün ikinci yarısından etibarən saytın yenilənməsində problem yaranıb. Qəflətən saytın açılmasında və yenilənməsi mümkünsüz olub.

“Serverlə əlaqə saxladıq. Bilirdilər ki, bizlik problem yoxdur. Sayt normal işləyir. Sadəcə olaraq Azərbaycandan giriş qadağan edilib. Xaricdə yaşayan soydaşlarımız və oxucularımızla əlaqə saxladıq. Məlum oldu ki, Rusiya və Avropa ölkələri, o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə sayt normal açılır. Problem sadəcə Azərbaycandadır. Hazırda səbəbini araşdırırıq. Ümidvaram ki, yaxın saatlarda problem öz həllini tapacaq. Əks təqdirdə atacağımız addımlar Azərbaycan dövləti üçün başucalığı gətirməyəcək”, - deyə Z. Xeyirxəbər bildirib.

Z.Xeyirxəbər baş vermiş hadisəni məmur özbaşınalığı və şəxsiqərəzçilik hesab edir. “Xatırlayırsınızsa, bir neçə ay öncə hüquq-mühafizə orqanı əməkdaşı olan Qabil adlı şəxs saytımızın dağıdılması haqqında hakerlərdən birinə göstəriş vermişdi. Lakin həmin hakerlə şəxsi münasibətlərimiz olduğuna görə, saytı dağıtmaqdan imtina etmişdi. Halbuki həmin hakerə o hadisədən bir neçə ay öncə məhz Qabil (?) tərfindən Azərbaycanla bağlı saytları dağıtmamaq haqqında öhdəliyə qol çəkidirilib”, - deyə təsisçi bildirib.

“Mən hələlik müəyyən şeyləri açıqlamaq istəmirəm. Amma həmin qurumla aramızda olan ziddiyyət 1998-ci ildən başlayıb. 1998-ci ildən başlayaraq dəfəlrlə məni dolaşdırmağa, hər vəchlə öz tərəflərinə çəkməyə çalışblar. Hər dəfə də həmin şəxslərə öz işlərinin öhdəsindən gələ bilmədiklərinə görə, ya töhmət verilib, ya da vəzifəsi aşağı salınıb. Əminəm ki, yenə də bu problemlər həmin qurum tərəfindən qaynaqlanır”, - deyə Xeyirxəbər əlavə edib.

Z. Xeyirxəbər həmin şəxslərdən şəxsiqərzçiliyə son qoymağı, təqib və təzyiqləri dayandırmağı tələb edir. Əks təqdirdə bütün bildikləri barədə Azərbaycan dövlətinin prezidentinə yazılı müraciət edəcəyini bildirib. “Azərbaycan demokratik bir dövlətdir, dövlət başçısı tərəfindən mətbuatın inkişafı və müstəqilliyinin qorunub saxlanılması ilə bağlı çox önəmli sərancam və fərmanlar imzalanıb. Ayrı-ayrı qurum və idarənin və ya məmurun bu cür özbaşınalığı həmin fərmanların obyektiv icrasına kölgə salır”, - deyə o vurğulayıb.

Məlumat üçün bildirək ki, saat 18:45 radəlirndən etibarən problem aradan qalxıb.Sayt təsisçisi bununla bağlı media qrumlarına və adını çəkmək istəmədiyi müəyyən şəxslərə öz minnətdarlığımını bildiririb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telekom ria.az saytında yaranmış problemə görə məsuliyyət daşımır

05-08-2009

"Twitter"ə girişdə problem yaranıb

17-03-2011

Reportyor İnformasiya Agentliyi bəyanat yayıb

30-01-2009

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013

"X"ə girişdə problem yaşanır

16-02-2026

“RİA Novosti” Azərbaycan ictimaiyyətinin və XİN-in narazılığına səbəb olmuş müsahibəni silib

10-06-2022

“Twitter” “RİA Novosti”nin səhifəsini bağlayıb

28-09-2020

RİA Novosti agentliyi Azərbaycanda bloklanıb

04-06-2022

“Azadlıq”ın saytına nə olmuşdu?

16-10-2010

“Azadlıq” qəzetinin veb-səhifəsi dağıdılıb

13-10-2010

Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.

21-06-2012

ERMƏNİSTANDA BƏZİ AZƏRBAYCAN SAYTLARINA GİRİŞ MƏHDUDLAŞIB

17-11-2010

Lent.az-ın işində yaranmış problemin səbəbi bəlli oldu

23-12-2008

“Xural” qəzetinin internet saytı fəaliyyətə başladı

06-12-2010

xeberler.az-ın fəaliyyətində problem yarandı

18-08-2009

“Telekanallara inzibati metodlar tətbiq olunacaq”

13-11-2009

Gmail-də problem yaşanıb

11-05-2009

Lənkəranın telefon rabitəsində problem yaranıb

09-02-2018

«TREND» «RİA NOVOSTİ» ilə saziş imzalayıb

26-12-2008

GOOGLE DƏ SƏHV EDƏRMİŞ!!!!

31-01-2009

Rusiyanın mobil operatoru Azərbaycanla əlaqələrini genişləndirir

09-06-2009

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı fəaliyyətini bərpa edəcək

26-05-2009

«Azəriblog» yeni serverə köçürülür

06-08-2009

İnternetdə təhqirə görə cəza…

06-06-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə