Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi – “Caspian Policy Center”in İdarə Heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xeberler.az bildirir ki, görüşdə Xəzər regionunda nəqliyyat, enerji, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləri barədə fikir mübadiləsi aparılıb.
Rəhman Hümmətov Orta Dəhlizin genişləndirilməsi istiqamətində həyata keçirilən infrastruktur və institusional islahatlar barədə ətraflı məlumat təqdim edib. Nazir müavini qeyd edib ki, Azərbaycan regionda multimodal logistika mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi, liman, dəmir yolu və hava limanlarının modernləşdirilməsi, Zəngəzur dəhlizinin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Rəhman Hümmətov, həmçinin “Caspian Policy Center”in Xəzər regionunda dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və regional sabitliyin təşviqi sahəsində apardığı tədqiqat və təşəbbüsləri yüksək qiymətləndirib.
Görüş zamanı gələcəkdə birgə layihələr və analitik platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları