Previous Next
Bağla

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

14-10-2021 19:49
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

Macarıstanın Budapeşt şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəqliyyat nazirlərinin 5-ci iclası keçirilib.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan Respublikası, Macarıstan, Türkiyə və Özbəkistan nümayəndə heyətləri iştirak edib.

Xeberler.az bildirir ki, iclasda post-pandemiya dövründə Trans-Xəzər Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə görüləcək işlər, eləcə də “TDƏŞ üzv dövlətləri arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Saziş” layihəsi müzakirə olunub.

Eyni zamanda Trans-Xəzər Nəqliyyat Dəhlizi boyunca “Yol Nümayiş Turu”nun təşkili, üzv dövlətlər arasında e-icazələrin və e-CMR (beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) tətbiqi, TDƏŞ çərçivəsində “qardaş limanlar” prosesi və digər məsələlərin müzakirəsi aparılıb. İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edib.

Nazir müavini çıxışında işğalda olan torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar və imkanlar şəraitində nəqliyyat əlaqələrinin inkişafı, o cümlədən ölkəmizin tranzit potensialının genişlənməsi istiqamətində Zəngəzur dəhlizinin rolu, eləcə də 30 illik işğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında məlumat verib.

Rəhman Hümmətov bildirib ki, “Zəngəzur dəhlizi” Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirməklə yanaşı, Cənubi Qafqazda nəqliyyat inteqrasiyasını genişləndirəcək, həmçinin Asiyadan Avropaya ən qısa quru yolunu təmin edəcək.

Nazir müavini Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə ölkəmiz tərəfindən görülmüş tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Nəqliyyat və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması məsələlərinə toxunan Rəhman Hümmətov ölkələrimizdən keçən dəhlizlərin tam rəqəmsallaşmasına nail olmaq üçün fərqli ölkələrdə inkişaf etdirilən rəqəmsal platformaların inteqrasiyasının vacib olduğunu söyləyib.

Məlumat üçün bildirək ki, 13 oktyabr tarixində TDƏŞ-in Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupunun 10-cu iclası keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin iclası keçirilib

12-08-2022

Azərbaycan Regional Nəqliyyat Nazirləri Konfransında təmsil olunur

24-10-2025

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020

Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib  

01-07-2022

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019

RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib

08-10-2025

Bakıda üçtərəfli görüş keçirilib

09-09-2022

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

01-02-2019

Azərbaycanla TDT İKT ilə bağlı müzakirələr aparıb

16-12-2022

Nazir müavini Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

25-04-2026

Alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

23-11-2021

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

24-05-2024

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib

21-10-2021

Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

22-12-2024

Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

02-10-2025

RİNN-də Çin nümayəndələri ilə görüş keçirilib

10-12-2025

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

23-05-2025

Rəqəmsal sistem Trans-Xəzər marşrutunun inkişafını təmin edəcək

01-12-2025

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

03-02-2022

NRYTN-nin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilib

23-09-2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

29-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə