Previous Next
Bağla

Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

09-02-2026 09:52
Beynəlxalq tədbirdə Azərbaycanın nəqliyyat üzrə rəqəmsallaşdırılması müzakirə edilib

Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf TəşkilatınınAvrasiya Həftəsi çərçivəsində keçirilən plenar sessiyada iştirak edib.

Xeberler.az bildirir ki, “Transxəzər nəqliyyat dəhlizi və regional iqtisadi bağlantılar” mövzusuna həsr olunan tədbirdə Orta Dəhlizin artan strateji əhəmiyyəti və ölkəmizin bu marşrutun inkişafındakı aparıcı rolu diqqətə çatdırılıb.

Bildirilib ki, Orta Dəhliz tranzit marşrut olmaqla yanaşı, regional iqtisadi inteqrasiya və Avrasiya məkanında əməkdaşlıq üçün əsas platformaya çevrilib. Azərbaycanın son illərdə dəmir yolu, liman, dəniz və logistika infrastrukturlarına yatırdığı investisiyalar dəhlizin mövqeyini gücləndirib.

Azərbaycan nümayəndə heyəti iştirakçılara Bakı – Tbilisi – Qars dəmir yolu xəttində modernləşdirmə işlərinin tamamlanması, Xəzər dənizində limanların və flotiliyanın birgə genişləndirilməsi, Zəngəzur dəhlizinin mühüm diversifikasiya elementi olması barədə də məlumat verib.

Həmçinin vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizinin uzun müddət rəqabətədavamlı olması təkcə yolların və infrastrukturun qurulmasından asılı deyil. Bunun üçün sərhəd prosedurlarının sadələşdirilməsi, qaydaların uyğunlaşdırılması, iş prosesinin sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də vacibdir. Azərbaycan bu istiqamətdə təşəbbüslərini genişləndirir. Qanunvericilikdə dəyişiklik edilib, müvafiq hüquqi baza formalaşdırılıb, dövlət başçısının Fərmanı ilə əməliyyatların səmərəliliyi və proqnozlaşdırma keyfiyyətini əhəmiyyətli dərəcədə
yüksəldəcək “Bir pəncərə” informasiya sistemi yaradılır. Hazırlanmaqda olan Rəqəmsal Logistika Platforması nəqliyyat, gömrük və logistika iştirakçılarını vahid elektron sistemdə birləşdirərək real vaxt rejimində məlumat mübadiləsini təmin edəcək. Nəticədə proseslər daha şəffaf və çevik həyata keçiriləcək.

Plenar sessiyada Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyindən də danışılıb. Qeyd edilib ki, nəqliyyat əlaqələrinin gücləndirilməsi prezidentliyin prioritetlərindən biridir. Azərbaycan Orta Dəhlizin dayanıqlı, rəqabətli, rəqəmsal və inteqrasiya olunmuş regional bağlantı xəttinə çevrilməsi istiqamətində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir müavini Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

Nazir müavini Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

25-04-2026
Azərbaycan beynəlxalq nəqliyyat konfransında təmsil olunub

Azərbaycan beynəlxalq nəqliyyat konfransında təmsil olunub

01-06-2026
Beynəlxalq Nəqliyyat  Forumunun Sammiti başa çatıb

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026
Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019
RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib

RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib

08-10-2025
Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

Azərbaycan Orta Dəhlizin regional süni intellekt habının mənzil-qərargahı ola bilər

02-03-2026
"Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" adlı dəyirmi masa keçirilib

"Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" adlı dəyirmi masa keçirilib

20-11-2024
Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

Azərbaycan nümayəndə heyəti “Yeni İpək Yolu” forumunda iştirak edib

02-10-2025
Nazir "Əhatəli Əlaqələndirmə Gündəliyi" panelində iştirak edib

Nazir "Əhatəli Əlaqələndirmə Gündəliyi" panelində iştirak edib

27-11-2025
Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib   

Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib  

01-07-2022
NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

NRYTN-in nümayəndə heyəti 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edir

07-10-2021
Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026
Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017
Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur

27-04-2026
Nazir ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşüb

Nazir ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşüb

09-12-2025
Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası hazırlanır

Orta Dəhlizin rəqəmsallaşma konsepsiyası hazırlanır

24-11-2023
Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

22-10-2025
Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

29-11-2018
Azərbaycanda logistika və nəqliyyatın rəqəmsallaşdırılması müzakirə olunub

Azərbaycanda logistika və nəqliyyatın rəqəmsallaşdırılması müzakirə olunub

08-06-2026
Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri ilə görüşüb

Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri ilə görüşüb

14-10-2025
RİNN-də Çin nümayəndələri ilə görüş keçirilib

RİNN-də Çin nümayəndələri ilə görüş keçirilib

10-12-2025
Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb

Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə müzakirələr aparılıb

27-01-2024
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

02-06-2026
Rəşad Nəbiyev: "Orta Dəhlizin uğurları nəqliyyat-logistika sahəsində dəyişikliklərə səbəb olacaq"

Rəşad Nəbiyev: "Orta Dəhlizin uğurları nəqliyyat-logistika sahəsində dəyişikliklərə səbəb olacaq"

16-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə