Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “İnnovativ könüllü” proqramına start verilir.
Xeberler.az bildirir ki, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunan proqram gənclərin ictimai-sosial aktivliyinin artırılması məqsədilə həyata keçirilir.
İlkin mərhələdə nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC üçün nəzərdə tutulan “Azərpoçt könüllüləri” istiqaməti üzrə qeydiyyat aparılır. Proqrama 16-26 yaş aralığında olan şəxslər müraciət edə bilərlər.
Bu link – https://bit.ly/3PiRDxc vasitəsilə 23 iyun 2022-ci il tarixinədək qeydiyyatdan keçmək mümkündür.
“Azərpoçt könüllüləri” layihəsinin birinci mərhələsi “Azərpoçt” MMC-nin Bakı şəhərində yerləşən poçt xidmət mərkəzlərində həyata keçiriləcək. Könüllülər 2 əsas mərkəzi poçt məntəqəsi üzrə 3 növbədə fəaliyyət göstərəcəklər.
Rəqəmsallaşma və yenilənmə proseslərinə keçid etməkdə olan “Azərpoçt” bu layihəni vətəndaş məmnuniyyətinin ölçülməsi, onlardan gələn təklif və şikayətlərin araşdırılması məqsədilə iki ay müddətində davam etdirəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri