“Azərpoçt” yeni xidmət portfoliosunu açıq elan edir

26-01-2022 / 14:10

“Azərpoçt” MMC ölkədə fəaliyyət göstərən sahibkarlara əməkdaşlıq təklif edir.

Azərbaycanda ən böyük şəbəkəyə malik olan, bütün şəhər və rayonlarda 1500-dək şöbə ilə xidmət göstərən “Azərpoçt” əhaliyə əlçatanlıq imkanlarını nəzərə alaraq, eyni zamanda təcrübəsinə və beynəlxalq nümunələrə əsaslanaraq biznes sahiblərinə “Retail” xidmətini təqdim edir.

Xeberler.az bildirir ki, xidmətin əsas mahiyyəti sahibkarlarla birgə işləyərək vətəndaşlara sabit qiymət siyasəti əsasında xidmət göstərmək, həmçinin biznes sahiblərinə işlərini daha səmərəli şəkildə qurmalarında dəstək verməkdir.

Belə ki, sahibkarlar öz məhsullarını “Azərpoçt” məntəqələri vasitəsilə vətəndaşlara təqdim edə bilərlər. Bu əməkdaşlıq biznes sahiblərinə ilk növbədə vahid və şəffaf qiymət siyasəti tətbiq etmək, eyni zamanda bütün ölkə əhalisinə çıxış imkanı verəcək.

“Azərpoçt” MMC bu əməkdaşlıq çərçivəsində logistik xidmət və icarə haqqı xərclərini nəzərdə tutmur, onları özü təmin edir.

Qeyd edək ki, “Azərpoçt” məntəqələrində ibtidai siniflər üçün iş dəftərlərinin, “Azərlotereya” ASC-nin lotereya biletlərinin, “Azercell Telekom” MMC-nin, eləcə də bir sıra özəl qurumların məhsullarının satışı uğurlu şəkildə həyata keçirilir. “Azərpoçt” MMC-nin “Retail” xidməti ilə maraqlanan sahibkarlar [email protected] ünvanı və yaxud da (+994 51) 230 46 93 mobil nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə