Previous Next
Bağla
REKLAM YERİ

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018 10:08
Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

Bu gün İdeyadan Biznesə layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb.

Xeberler.az  bildirir ki, yarışda Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Mühəndislik, ADA, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələri iştirak edib. Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini  münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.

Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Belə ki, Azərbaycan Mühəndislik Universiteti I yer, ADA Universiteti II yer, Azərbaycan Texniki Universiteti isə III yeri tutub. Ümumilikdə ali məktəblər üzrə 8 startapçı - “Gonex” layihəsi ilə Adil Qafarlı, “Guide to” layihəsi ilə İlkin Quluzadə, “Just” layihəsi ilə Əli Babayev, “Yoldaş” layihəsi ilə Rüstəm Həsənli, “Xilaskar Braslet” layihəsi ilə Nərgiz Əliyeva, “Smart home” layihəsi ilə İsmayıl Həsənov, “Eagle 2.0” layihəsi ilə Ayxan Qurbanov, “Mayak” layihəsi ilə Aytac Əsgərova startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunub. Qeyd edək ki, Milli Final 26-30 oktyabr tarixlərində ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirdiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Mühəndislik və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində startap turları təşkil edilərək hər bir təhsil müəssisəsi üzrə qaliblər müəyyən olunmuşdu.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində AZİNNEX üzvləri ilə görüş keçirilib

08-04-2021

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

“Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib

19-11-2024

BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı

24-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə