Robotlar bir-birinə kömək etməyi öyrənib

16-02-2018 / 16:09

Boston Dynamics şirkətinin dördayaqlı SpotMini robotu öz “qohumlarına” kömək etməyi öyrənib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, “Əlsiz” mexanizmlər “pəncələrin” – manipulyatorun köməyi ilə qapının dəstəyindən tutaraq onu aça bilən digər robotu yardıma çağıra bilir.

Qeyd edək ki, Boston Dynamics şirkəti Massaçusets Texnologiya İnstitutunun keçmiş professoru Mark Raybert tərəfindən 1992-ci ildə yaradılıb. Şirkətin robotları diribaşlıq, tarazlığı saxlama və dözümlülük qabiliyyətləri göstərərək “YouTube”da məşhurluq qazanıblar.

2017-ci ilin sonunda şirkət “SpotMini”nin metal “ayaqları” olan və “bədəni” zərif plastik panellərlə örtülmüş təkmilləşdirilmiş modelini təqdim etmişdi.

Bu robotlar elektrik mühərrikləri ilə hərəkətə gətirilir. Onun bəzi növləri ilan başını xatırladan uzun “qısqacla” təchiz edilib. Manipulyator “SpotMini”nin predmetləri tutmasına və yerini dəyişdirməsinə imkan verir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə