Noyabrın 15-17-də Meksikanın paytaxtı Mexikoda keçirilmiş IEEE-in 2016-cı il humanoid robotları (2016 IEEE International Conference on Humanoid Robots) Beynəlxalq konfransında çox sayda yeni robot və robot-texnika sistemi təqdim edilib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu robotlar arasında Los-Ancelesdə yerləşən Kaliforniya Universitetinin RoMeLa laboratoriyasının mütəxəssislərinin hazırladığı BALLU robotu xüsusi marağa səbəb olub.
Nazik ayaqlar üzərində dayanan robot helium geli ilə doldurulmuş hava şarından ibarətdir.
Buna görə də o, yıxılmır - hərəkət edir, hoppanır və bir neçə digər məzəli hərəkətlər edir. Robotun yeganə mənfi cəhəti küləkli günlərdə küçədə öz hərəkətlərini tənzimləyə bilməməsidir.
Su səthi üzərində isə robot demək olar ki, adi səth üzərində olduğu kimi hərəkət edə bilir.
Qeyd edək ki, BALLU öz “çiyinləri” üzərində hər hansı ağır yükü daşımaq üçün nəzərdə tutulmayıb.
Hazırda RoMeLa laboratoriyasının mütəxəssisləri bu robotun dördayaqlı variantı üzərində işləyirlər.
BALLU robotu isə yaxın gələcəkdə xüsusi hallarda kifayət qədər yüksək maneələr üzərindən tullanmaq kimi bir neçə yeni imkana malik olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri