Santa Klausu robot-itlər gəzdirir

28-12-2015 / 17:48

Boston Dynamics şirkəti yeni il üçün təbrik çarxı hazırlayıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Google-a məxsus olan şirkət əsasən silahlı qüvvələr üçün addımlayan, qaçan və çapan robotlar hazırlayır.

Bunların sırasında daha qabaqcıl model – Spot adlanan “robot-it”dir ki, o, 4 ayağı üstündə insandan da cəld hərəkət edə bilir.

Zarafatcıl robototexniklər Santa Klausun qoşqusuna atların əvəzinə 3 robot qoşmaq qərarına gəliblər.

Onlar bunun yaxşı ideya olduğunu düşünsələr də, bu ideya çoxlarına əyləncəli deyil, qorxuducu görünüb. Xizəyi insanın deyil, insanabənzər Atlas robotunun idarə etməsi isə mənzərəni daha dolğun edərdi.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə