Artıq robotları icarəyə götürmək mümkündür

05-08-2015 / 20:15

Yaponiyanın SoftBank telekommunikasiya şirkəti ötən ilin oktyabr ayından etibarən Pepper adlı robot-humanoid üçün ilkin sifarişlərin qəbuluna başlayıb.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu robot ilk növbədə insanlarla ünsiyyət qurmaq üçün yaradılıb. O, əyləndirməyi, tərbiyə etməyi, öyrətməyi, kömək etməyi və insanlarla söhbət etməyi bacarır.

Zaman keçdikcə robot daha “ağıllı” olur, çünki bu seriyaya məxsus bütün robotlar üçün ümumi “beyin” rolunu yerinə yetirən serverlər BULUD sisteminə qoşulub.

Ötən ay Çinin Alibaba və Foxconn kimi nəhəng şirkətləri SoftBank-ın robot texnikası ilə məşğul olan bölməsinə 236 milyon dollar sərmayə yatırıblar. Tərəfdaşlar tezliklə Pepper robotunu və yapon şirkətinin digər məhsullarını dünya bazarına çıxarmağı planlaşdırır.

2015-ci ilin iyun ayının 20-də məhdud sayda Pepper robotu 1610 dollara satışa çıxarıldı və cəmi 1 dəqiqə ərzində tamamilə satıldı. İnsanın emosiyalarını tanımağı və çətin anlarda öz sahibini dəstəkləməyi bacaran robot-yoldaş konsepsiyası insanlar tərəfindən bəyənildi. Bu da yaxın gələcəkdə robotlara tələbatın artacağını göstərir.

İndi SoftBank telekommunikasiya şirkəti Pepper robotunun biznes versiyasını təqdim edir. Pepper for Biz adlandırılmış robotlar müxtəlif ictimai müəssisə, mağaza, kafe, mehmanxana və klinikalarda istifadə üçün nəzərdə tutulub. Sahibkarlar ayda 440 dollar ödəməklə robotu icarəyə götürə biləcəklər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə