ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun kompüter texnikası və süni intellekt laboratoriyasının tədqiqatçıları silikon materialdan manipulyator yaradıblar.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, manipulyatorun köməyi ilə robotlar obyektlərin formasını müəyyənləşdirə biləcəklər.
Qurğu müxtəlif forma və möhkəmliyə malik əşyaların götürülməsi zamanı obyektin üst səthinin bərkliyini və əyriliyini müəyyənləşdirən xüsusi ötürücülərlə təchiz edilib.
Alqoritm robot barmaqların düzülüşü barədə məlumatları və ötürücülərin göstəricilərini məlumat bazası ilə müqayisə edərək robotun əlində hansı obyekti tutmasını müəyyənləşdirir.
Robot qarşısında hansı obyektin olmasını anlayandan sonra onu götürmək üçün lazım olan güclə qaldırır.
Sistem hətta formaca bir-birinə oxşar əşyaları, məsələn, plastik və kağız stəkanı effektiv şəkildə seçir. Yumşaq robot barmaqlardan istifadə isə CD disk və ya kağız vərəqi kimi mürəkkəb obyektləri götürməyə imkan verir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri