Daha əvvəl uşaqlara proqramlaşdırmanın öyrədilməsi üçün robotlar istehsal edən Misty Robotics startapı proqramçılar üçün Misty I robotunu təqdim edib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yığcam Misty I iki Snapdragon prosessoru, maye kristal ekran, mikrofonlar, USB və ətrafdakı obyektləri və insanların sifətlərini tanıyan kamera ilə təchiz edilib.
Bu modeldə bir çox detallar korpusun altında gizlədilməyib, əksinə səthdə yerləşdirilib. Məsələn, robotun “sifəti”ndə ətraf mühitin analizi üçün sensor, “kürəyi”ndə isə müxtəlif sensorların əlavə ediləcəyi çip var. Onun yeni versiyasında hərəkət üçün tırtıllardan istifadə olunub.
Robotu işə salmaq üçün robot texnikasına bələd olmaq vacib deyil. Proqramçılar JavaScript API proqramlaşdırma dilinin köməyilə robot üçün istənilən proqramları hazırlaya bilərlər.
Misty I robotunun fevral ayında satışa çıxarılacağı bildirilib. Onun qiyməti 1499 dollar təşkil edəcək. Şirkətin mütəxəssisləri, həmçinin ilin sonunadək robotun təkmilləşdirilmiş versiyasını (Misty II) hazırlamağı planlaşdırırlar.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri