Çində robotlar diaqnoz qoyacaq

16-11-2017 / 11:33

Robot Çində həkimlər üçün məcburi olan Milli tibbi lisenziya ekspertizasının testindən müvəffəqiyyətlə keçib.

Xeberler.az ict.az-a robot Çinin süni intellektlə məşğul olan aparıcı şirkəti iFlytek Co Ltd tərəfindən istehsal edilib.

Şirkət nümayəndələri onun 456 bal topladığını, bu göstəricinin tələb edilən minimum baldan 96 bal yuxarı olduğunu bildiriblər.

İstehsalçıların sözlərinə görə, süni intellektlə təchiz edilmiş robot pasiyent haqqında informasiyanı toplayaraq təhlil edə və ilkin diaqnoz qoya bilər.

O, gələcəkdə müalicənin effektivliyinin artırılması məqsədilə həkimlərə yardım etmək üçün istifadə olunacaq.

Robot həkimləri əvəz etmək üçün nəzərdə tutulmayıb. Onun 2018-ci ilin mart ayında istehsal edilməsi planlaşdırılır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə