Rusiya “Viber”ə məhdudiyyət qoyub

13-12-2024 / 23:03

Rusiyada “Viber” messencerinə məhdudiyyət qoyulub.

Xeberler.az məlumat verir ki, bu barədə ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti bildirib.

“Viber” xidmətinə giriş Rusiya qanunvericiliyinin informasiya yayımı təşkilatçılarına olan tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – qurumun teleqram kanalında diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu tələblərin yerinə yetirilməsi mesencerin “terror və ekstremist məqsədlərlə istifadəsi, vətəndaşların bu məqsədlər üçün cəlb edilməsi, narkotik maddələrin satışı təhlükələrinin qarşısının alınması, həmçinin qanunsuz məlumatların yerləşdirilməsi ilə əlaqədar zəruridir”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə