Samsung 9 yeni noutbuk təqdim edəcək

29-12-2015 / 10:47

Gələn ay təşkil olunacaq CES 2016 sərgisi haqqında artıq  ilkin məlumatlar yayılmağa başlayıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Samsung ikinci nəsil 9 ardıcıl noutbuklarını CES 2016-da təqdim edəcək.  

Samsung-un 900X5L və 900X3L kodlu yeni noutbuklar uzunömürlü batareya, tez enerji toplama və sürətli prosessoru ilə istifadəçilərin marağını öz üzərinə toplayacaq.  

Yeni noutbukların sürətli enerji toplama texnologiyası vasitəsilə 20 dəqiqə enerji toplayan noutbuk 4 saata yaxın fəaliyyət göstərəcək.

Ekranı 180 dərəcəyə kimi açılabilən yeni nəsil Samsung 9 ardıcıl noutbuklar çəhrayı və dəmir gümüşü rəngdə alıcılara təqdim olunacaq.

Noutbukların ölkələr üzrə qiyməti isə CES 2016 sərgisində təqdim olunduqdan sonra açıqlanacaq.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə