Samsung köhnə dizaynda yeni telefonunu təqdim etdi

29-07-2015 / 12:57

Samsung sizi keçmiş illərə qaytaran qapaqlı dizayna sahib yeni telefonunu təqdim edib. Dizayn baxımından köhnə olsa da sahib olduğu özəlliklər yeni telefonlardan fərqlənmir.

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, Samsung Galaxy Folder adlanan yeni telefon 8 meqapiksel arxa və 2 meqapiksel ön kameraya malikdir. Telefon həmçinin 3,8 düymlü ekran, 1800 mAh batareya, 8GB ümumi yaddaş və artırıla bilən yaddaş dəstəyinə sahibdir.

Asiya bazarına gələn ay satışa çıxarılacağı gözənilən telefonun qiyməti 250 dollar nəzərdə tutulub.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə