Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yeni “Samsung Notebook Flash” portativ kompüter modelini təqdim edib. Qurğunun fərqləndirici cəhəti retro üslubunda dizayn və ən yeni simsiz rabitə standartlarının dəstəklənməsidir.
Xeberler.az bildirir ki, planet-today.ru saytının məlumattına görə, “Samsung Notebook Flash” noutbukunun klavişləri xarici görünüşünə görə çap maşınını xatırladır. Daha bir maraqlı detal isə əl ilə toxunduqda parçaya oxşayan iş paneli örtüyüdür.
Aparat platformasına görə də çap maşınlarına bənzəyən noutbuk qənaətcil “Intel Pentium N5000” prosessoru və 4 giqabaytlıq operativ yaddaşla təchiz edilib. Sərt diskin həcmi 128 giqabayt, “Full HD” ekranın diaqonalı isə 13,3 düym təşkil edir. Qurğu məlumatları 1,7 Qbit/san sürətlə ötürməyə imkan verən “Wi-Fi” modulu, eləcə də “Bluetooth 5.0” adapteri ilə təchiz olunub.
Cənubi Koreya bazarında qiyməti təxminən 700 dollar təşkil edəcək noutbukun çəkisi 1370 qramdır. Qurğunun avtonom iş müddəti barədə məlumat verilmir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri