Bu xəbər əslində rəqib olan firmaların reallıqda necə bir ortaq iş qurmalarının nümunəsidir. "Samsung" və "Apple" yeni nəsil iPhone-lar təqdim etmək üçün ortaq fəaliyyəti insanların marağını daha da artırır. Rəqabət içində olan firmaların zaman-zaman etdiyi əməkdaşlıq texnologiya sahəsində tez-tez görülə bilən bir haldır. Ancaq bu ortaqlıq ağıllı telefon bazarında rəqabətdə olan "Apple" və "Samsung" arasında olan zaman vəziyyət daha maraqlı bir hala gəlir. Bundan bir müddət əvvəl qısa bir dövr üçün də olsa Apple-in ağıllı telefon və tablet modellərinə prosessor hazırlayan Samsung, yeni nəsil iPhone 7 üçün yenidən Apple ilə əl sıxışaraq A9 prosessorunu istehsal edəcək.
Bloomberg saytının verdiyi məlumata görə, "Samsung" və "Apple" böyük bir əməkdaşlıq edəcəklər. Hələ də iPhone 6 modelləri və iPad Air 2 modellərində Tayvan mərkəzli TSMC tərəfindən çıxarılan A8 prosessoru istifadə edən Apple, bundan belə gələcək modellərində Samsung istehsalı A9 prosessor istifadə edəcək.
Xəbərdə Samsungun Cənubi Koreyada olan Giheung fabrikində A9 prosessorların istehsalına başladığı iddiası da var. Adı tam olaraq bilinməməklə birlikdə iPhone 6S ya da iPhone 7 modelinin bu yeni prosessoru istifadəsi və Apple-in Samsung ilə birlikdə bunu bir müddətdir planlaşdırdığı da danışılır.
Bu ortaqlıq çərçivəsində Apple-in yeni iPhone prosessorunu tanıdarkən istifadə edəcəyi sloganları təkrar nəzərdən keçirməsi lazımdır.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri