Məşhur elektronika istehsalçısı Samsung Electronics Galaxy Note 7 smartfonlarının satışını Koreya Respublikasında bərpa edib.
Məlumata görə, sifarişlərin sayının çox olması səbəbilə artıq ilk gündə 16 min mobil telefon satılıb. Sahə analitiklərin proqnozlarına görə, gələcəkdə satış həcmi gündə təxminən 20 min smartfon təşkil edəcək.
Xatırladaq ki, Samsung şirkətinin Galaxy Note 7 smartfonlarının ilk satış kampaniyası uğursuz olub. Belə ki, cihazın batareyasının kortəbii partlayışlar yaratması nəticəsində şirkət smartfonları geri çağırıb. Bunun da nəticəsində sentyabr ayında Samsung, hesabalamalara görə, azı 1 milyard dollar dəyərində ziyana qatlaşıb.
Qeyd edək ki, daha əvvəl də şirkətdən verilən məlumata görə, ABŞ da daxil olmaqla digər ölkələrdə satışın bərpası bazarların regional xüsusiyyətlərindən asılı olacaq.(Report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri