Samsung Galaxy S6 bu gün satışa çıxarılır

10-04-2015 / 16:47

Cənubi Koreyalı texnologiya nəhəngi Samsung, yeni admiral gəmisi telefonu Galaxy S6 və S6 Edge modellərini bu axşam İstanbul Boğazında satışa təqdim edəcək.

Ötən günlərdə Galaxy S6 və S6 Edge modellərini tanıdan Samsungun yeni modelləri, bu axşam Türkiyə də daxil 20 fərqli ölkədə satışa çıxarılır. “Samsung Türkiyə” yeni modellərinin təqdimatını bu axşam Suadada reallaşdırır. 

Texniki xüsusiyyətləri baxımından bir-birinə olduqca bənzədiyi yazılan Galaxy S6 və S6 Edge modelləri görünüş baxımından bir-birindən seçilir. S6 Edge modeli qövslü bir kənara sahib olarkən Galaxy S6 isə Samsungun daha əvvəl istifadəyə təqdim etdiyi S4 və Note 3 modellərinin görünüşünə bənzəyir.

Samsungun bu axşam bazara təqdim edəcəyi hər iki telefonun ön kamerası 5 MP, 1080p video çəkə bilən kamera və 16 MP, 4K video çəkən arxa kamerası var. Galaxy S6 modeli 2550mAh batareyaya, S6 Edge isə 2600mAh batareyaya sahib olaraq texnologiya serverlərə təqdim olunacaq.

 

                                                                                              


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə