Samsung-un yeni dizaynlı cib telefonu

04-08-2009 / 12:58

Samsung Electronics hər dəfə yeni modelləri ilə diqqəti özünə cəlb etməyi bacarır. Bu dəfə Samsung C3053 Bliss adlı cib telefonu minimalist dizaynı ilə digər markalardan fərqləndi. Bu model incə dizaynı ilə istifadəçilər üçün tamam başqa zövq yaşadacaq.

Sürüşkən qapaqlı dizaynı ilə seçilən Bliss 2 düym genişliyində bir LCD ekrana, VGA kameraya, favorit mahnıların hamısını saxlayan microSD karta, FM radioya malikdir. Arxa planda telefonun digər funksiyalarını istifadə edəndə musiqi kəsilmir.

Bu model ən çox incə stili sevənlər üçün nəzərdə tutulmuşdur. Samsung C3053 Bliss qara, çəhrayı, narıncı və bənövşəyi rənglərdə istifadəçilərə təqdim edilib. Qiyməti təxminən 150 dollara yaxındır.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.