Apple-dan 3 yeni iPhone-Tarixin ən böyük cihazı

27-02-2018 / 11:57

Apple bu il ən böyük iPhone da daxil olmaqla üç yeni smartfon təqdim etməyə hazırlaşır.

Məlum olduğu kimi, hazırda Mobil Dünya Konqresində (MWC 2018)  şirkətlər yeni mobil avadanlıqlar təqdim edir. Xperia XZ2 ve Galaxy S9 kimi məhsulların ortaya çıxması ciddi rəqabət yaradacağını göstərir.

Xeberler.az Bloomberg-ə istinadən məlumat verir ki, Apple Xperia XZ2 və Galaxy S9-a qarşı 3 smarfton təqdim etməyə hazırlaşır.

Qeyd edilir ki, onlardan biri Samsung Galaxy S9 Plus-dan böyük ekrana sahib olacaq və iPhone tarixinin ən böyük qurğusu olacaq.

Məlumata görə, onlardan biri isə iPhone X ilə eyni ölçülü olacaq. Sonuncu, 3-cü isə qiyməti daha münasib bir model olacaq.

Bildirilir ki, Apple-ın tədarükçü tərəfdaşları ilə istehsal testlərini aparır və payız aylarında yeni iPhone-lar təqdim ediləcək.

Bloomberg-un sözlərinə görə, 6,5 düymlü (16,5 ) ekrana sahib olacaq smartfon bu günə qədər ən böyük iPhone olacaq.

Xatırladaq ki, ötən günlərdə təqdim edilən S9 Plus ekranın ölçüsü 6.2 düymdür.

Samsung-un böyük ekranlı Note seriyasının ən güclü modeli Note 8-in ekranın ölçüsü 6,3 düymdür.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə