Previous Next
Bağla

Saytlarından xəbərsiz müğənnilər…

23-01-2009 16:58
Saytlarından xəbərsiz müğənnilər…

 


  Hər zaman sinələrinə döyüb, mənəm-mənəm deyən şou-biznes nümayəndələrinin İnternet səhifələri bərbad vəziyyətdədir.

  Xalq artisti Aygün Kazımovanın www.aygun.info saytı baxımsız vəziyyətdədir. Əvvəllər bu ünvanda müğənninin heç olmasa bir neçə fotosu və mahnısına rast gəlinirdisə, indi o da yoxdur. Çünki sayt, ümumiyyətlə, fəaliyyətsizdir.
 
  Xalq artisti Brilliant Dadaşovanın www.brilliantdadashova.com saytı da baxımsız vəziyyətdədir. Sayt yenilənmədiyindən, baxımlılığını itirib. Yalnız müğənni ötən ilin sentyabrında «Masal dünyam» adlı albomunu təqdim etdiyi ərəfələrdə yenilənən sayt yenə yerində sayır.

  Xalq artisti Faiq Ağayevin www.faiqagayev.az saytı sanki oxunmadığı üçün toz basan kitaba bənzəyir. 2002-ci il və ona qədər olan vaxtlarda nə baş veribsə, burada rast gəlmək olar. Maraqlı burasındadır ki, müğənni öz saytında hələ də əməkdar artist kimi göstərilir. Yəni xalq artistinin özü də saytına baxmır.

  Əməkdar artist Tünzalə Ağayevanın www.tunzale.com saytı fəaliyyətsiz portallar siyahısındadır.

  Əməkdar artist Sevda Ələkbərzadənin www.sevda.info saytı üzərində isə yenilənmə işləri gedir. Amma necə? «Gül açdı» albomu və «Şəbi-Hicran» layihəsi haqqında eninə-uzununa xəbərlər təkrarçılığı və bənzərliyi ilə yorucudur. Düzdür, müğənninin nisbətən yeni fotolarına və mahnılarına burada rast gəlmək olar.

  Əməkdar artist Azərinin www.azerin.az saytına yarandığı gündən əl gəzdirilmədiyinə görə burada da yeniliklərə rast gəlmədik.

  Röyanın www.roya.az saytı ötən ilin dekabrında istifadəyə verilib. Təəccüblüsü burasıdır ki, dəfələrlə sayta daxil olsaq da, ümumi qara fondan başqa heç nə görmədik. Halbuki Röyanın mətbuat katibi Ülviyyə Alovlu bizimlə söhbətində saytın müntəzəm olaraq yeniləndiyini iddia edib. // Bizim Yol

 

xeberler.az/Ellada

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda və dünyada ən bahalı saytlar kimlərindir?

26-06-2009

İslamaz.com saytı yeni formatda istifadəyə verilib

24-03-2011

Azərbaycan aktyorlarının saytı açıldı

09-11-2009

Alim Qasımovun iki veb-saytı yaradılacaq

24-04-2009

Milli Onkologiya Mərkəzinin internet saytı istifadəyə verilib

23-02-2011

Bərdə şəhər bələdiyyəsinin rəsmi internet saytının monitorinqinin nəticələri

30-03-2009

Xalq artisti AzTV-ni məhkəməyə verdi

22-10-2009

DAY.AZ-A NƏ OLUB?

19-02-2009

Page Rank göstəricisi 10 olan saytlar

24-12-2008

Azərbaycanlı haker Ermənistanın 12 rəsmi saytını dağıdıb!!!

18-05-2009

İnternetdə işinizi rahatlaşdıracaq maraqlı saytlar

25-01-2011

Yazarın yeni veb saytı yaradılıb

22-10-2009

“İrəli” İctimai Birliyinin saytı fəaliyyətə başladı

19-10-2009

Britaniyadakı azərbaycanlı gənclərin saytı

14-09-2009

Azərbaycanın unudulan sənət adamlarının fəaliyyətini əks etdirən sayt yaradılacaq

22-06-2009

Seganın köhnə oyunları internetdə və ödənişsiz

16-12-2008

Azərbaycan xakerləri hesabına yüksək reytinq qazandı

18-02-2011

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008

Ramil Səfərovun saytı ilə bağlı rəsmi açıqlama

27-12-2010

“İçəri Şəhər”in rəsmi saytı istifadəyə verilib

29-12-2009

III MDB Oyunlarının rəsmi saytı istifadəyə verilib

23-04-2025

Yeni analitik informasiya saytı fəaliyyətə başladı

09-06-2009

Sürücülər və sürücü olmaq istəyənlər üçün xoş xəbər

16-02-2011

Nazirliyin yeni saytı nə vaxt istifadəyə veriləcək?

04-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə