Previous Next
Bağla

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018 16:20
Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

Son günlərdə ölkədə sosial medianın seçki öncəsi məhdudlaşdırılmasına yönələn çağırışlar edilir. Belə ki, bu gün də Milli Məclisin komitə sədri Hadı Rəcəbli bu istiqamətdə açıqlamalar verib. 

Məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb. Mövzu ilə bağlı sosial mediadada ekspert və digər mütəxəssislərin ciddi müzakirəsi ilə qarşılaşırıq.

Görəsən, həqiqətən də Prezident seçkiləri ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məsələni Xeberler.az-a şərh edib.

Onun sözlərinə görə, Azərbaycanın indiki inkisaf səviyyəsində sosial medianı məhdudlaşdırmaq ideyası, ümumiyyətlə, bunun müzakirəsi yolverilməzdir:

“Hesab edirik ki, biz artıq o mərhələni keçmişik. Bundan daha çətin ictimai-siyasi proseslər dövründə Azərbaycan İnternetində hər hansı məhdudiyyətlər olmayıb”.

Ekspert sosial mediadan, həmçinin elektron mediadan söyüş, təhqir, böhtan və insanları aşağılamaq üçün istifadəni, manipulyasiya üçün istifadəsini də yolverilməz hesab edir:

"Eyni zamanda, gündəlik həyatımızın bir hissəsinə çevrilən, real dünyamızın inikası olan, açıq bir qlobal şəbəkədə hansıa bir qeyri-qanuni açıqlamaya, kiminsə tərəfindən olan paylaşıma da aşırı bir münasibət sərgilənməsinə, aşırı səviyyədə qabardılmasına, ictimai rəy olaraq təqdim edilməsinə də lüzum görmürük . Ayrı-ayrı istifadəçilər tərəfindən qlobal resurslarda aparılan qanuna zidd, etikadan kənar hərəkətlərə qarşı daha çox ictimai qınağa üstünlük verilməsini arzulayırıq”.

Forum prezidenti sosial medianın Azərbaycan seqmentindən dövlətin və cəmiyyətin inkişafına yönəlik müzakirələr aparılmasının faydalı olacağını düşünür:

“Bizim özümüzün bu tip qlobal resurslara, qlobal platformalara daha çox ehtiyacımız var. Təbii ki, rəsmi qurumlar platformalarda bu cür qeyri-qanuni hərəkətlərin qarşısının alınması istiqamətində milli qanunvericilik və beynəlxalq normalar çərçivəsində zəruri addımlar atmalıdır. Düşünürük ki, Azərbaycanın strateji maraqları daha çox qlobal informasiya resursları, sosial media ilə əməkdaşlığı diqtə edir. Xüsusilə də son dövrlərdə resurslarda vətəndaşlarla bağlı informasiyaların 3-cü tərəflərə verilməsi, bu tip resurslar vasitəsilə manipulyasiya aparılması, fikrimizcə hökuməti də ciddi düşündürməlidir. Bu baxımdan rəsmi qurumların qlobal resurs sahibləri ilə əməkdaşlığına, onların nümayəndəliklərinin burada açılmasına, informasiya bazalarının burada yerləşdirilməsinə, onlarla normal informasiya münasibətlərinin qurulmasına üstünlük verməsini arzulayırıq”.

Osman Gündüz onu da bildirib ki, bəzən hansısa bir məmurun, hökumət rəsmilərinin bu tip məsələlərlə bağlı çıxışlarında ziddiyyətlər müşahidə olunur və bu da bəzən lazımsız nəticələr verir:

"Müasir qlobal dünyada mövcud resursların nəyinsə qarşının alınmasından daha çox faydalı kontentin hazırlanmasına yönləndirilməsi, qlobal resursların faydalı tərəflərindən istifadənin güücləndirilməsi daha vacbdir. Bu baxımdan indiki məqamda dövlətin və cəmiyyətin inkişafı üçün, informasiya sahəsində milli maraqlarımızın qorunması üçün sosial medianın gücündən, onun imkanlarından daha effektiv istifadəyə yönələn konseptual sənədlərin hazırlanmasını vacib hesab edirik”.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020
“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017
Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022
Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

08-02-2019
Ekspert : İnternetdə və sosial mediada məhdudlaşdırmaları məqbul hesab etmədik

Ekspert : İnternetdə və sosial mediada məhdudlaşdırmaları məqbul hesab etmədik

14-02-2019
Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015
“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015
WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017
Azərbaycan İnterneti məhdudlaşdırıla bilərmi ?

Azərbaycan İnterneti məhdudlaşdırıla bilərmi ?

16-11-2016
Ekspert: Metrix  güvənli olacaqmı və doğurdanmı ölkədə ilkdir ?

Ekspert: Metrix güvənli olacaqmı və doğurdanmı ölkədə ilkdir ?

02-05-2022
Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019
Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018
Ekspert: Nə üçün “Media haqqında” qanun layihəsi gizli saxlanılır?

Ekspert: Nə üçün “Media haqqında” qanun layihəsi gizli saxlanılır?

05-07-2021
Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdinə qarşı mövzusunda dəyirmi masa keçirilib

12-09-2019
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
Hadı Rəcəbli qalmaqallı çağırışını təkzib etdi - Təfərrüat

Hadı Rəcəbli qalmaqallı çağırışını təkzib etdi - Təfərrüat

30-03-2018
“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016
Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021
 “Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

“Sosial şəbəkələrlə bağlı yeni qanuna ehtiyac yoxdur”

23-01-2017
Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

28-03-2014
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı

Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı

14-02-2019
“Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri niyə bloklayır?

“Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri niyə bloklayır?

12-10-2020
Prezident: "Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm"

Prezident: "Ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənirəm"

21-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə