Sənədləri WhatsApp-la göndərmək mümkündür

03-03-2016 / 12:35

Məlumat verdiyimiz kimi,  WhatsApp iOS üçün yeniləməsini təqdim edib.

Bu yeniləmədə olan funksiyanın köməyi ilə  iOS istifadəçiləri Dropbox, OneDrive, iCloud-da yerləşən faylları dostlarına göndərə bilir.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, WhatsApp artıq bu funksiyanı Android istifadəçiləri üçün təqdim edib.

Təqdim olunan yeniləmədə şəkil, video, telefon kontaktı, ərazi göndərdiyiniz bölməyə daha bir işarə əlavə edilib.

"Sənədlər"(Documents) adlanan bölməyə daxil olmaqla telefonunuzda olan PDF, DOC, XLX tipli faylları göndərə bilərsiniz.

 

Hələki Android istifadəçiləri yalnız pdf sənədləri dostlarına göndərə bilir. Həmçinin, yeni versiya ilə göndərilən linklərin önizləməsinə baxmaq mümkün olacaq.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.