WhatsApp yeniləndi

02-03-2016 / 13:00

Məşhur mesajlaşma proqramı olan WhatsApp yeniləməsini təqdim edib. 

Xeberler.az bildirir ki, hələlik  iOS platforması üçün yeniləmə təqdim olunub.

2.12.14 versiyasının yeniliklərindən biri videoları yaxınlaşdıran funksiyasıdır. Həmçinin, yeni versiyada dizayn baxımından bir neçə dəyişiklik edilib. 

WhatsApp-da mesajlaşarkən arxa fonda düz rənglər görmək yeni versiyada mümkündür. 

Bulud sistemlərinə gətirilən dəstək ilə cihazınıza yüklədiyiniz şəkil və videoları Dropbox, Google Drive kimi xidmətlərdən istifadə edərək göndərə bilərsiniz. 

iOS üçün təqdim edilən yeni versiyada artıq mesaja daxil olmadan oxunub-oxunmamasını görə bilərsiniz.

iOS platformasında bu yenilikləri istifadə etmək üçün Whatsapp 2.12.14 versiyasını yükləməlisiniz.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə