Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026 / 11:50

Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını “mygov” platforması üzərindən əldə edə bilirlər.

Xeberler.az bildirir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, yenilik vətəndaşlara sərhədkeçmə məlumatlarını daha rahat və çevik şəkildə izləmək imkanı yaradır. Məlumat həm veb-platformada, həm də mobil tətbiqdə əlçatandır.

Məlumatı əldə etmək üçün:

∙ Platformanın əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid edilir;

∙ “Şəxsi” kateqoriyası seçilir;

∙ “Sərhədkeçmə məlumatlarım” bölməsinə klik edilir;

∙ Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;

∙ Müvafiq məlumata daxil olmaqla, detallı məlumatlar əldə edilir.

Qeyd edək ki, xidmət vətəndaşın yalnız Azərbaycana giriş və Azərbaycandan çıxış məlumatlarını göstərir. Xarici ölkələrin sərhədkeçmə məlumatları mövcud deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə