Previous Next
Bağla

Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

30-01-2026 16:37
Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

Yanvarın 30-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər Fondunun və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu” mövzusunda forum keçirilib.

Xeberler.az məlumat verir ki, Azərbaycan Gəncləri Gününə həsr olunan forumun əsas məqsədi rəqəmsallaşma və innovasiyanın şəxsi inkişafa təsiri, gənclərin müasir dövrün tələblərinə uyğun bacarıqlarının formalaşdırılması, eləcə də bu istiqamətdə dövlət və özəl sektor tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumatlılığın artırılması olub.

Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklar ilə iş şöbəsinin müdiri Elvin Hacıyev agentliyin Azərbaycanda innovasiya ekosisteminin inkişafına bir neçə prizma üzərindən yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd ekosistem qurucularını bir araya toplamaq və onlara dəstək göstərməkdir. Elvin Hacıyev texnologiya və innovasiya sahəsində maarifləndirməni gücləndirmək, eləcə də birgə yeni layihələrin formalaşması üçün əlverişli mühit yaratmaq məqsədilə davamlı olaraq tədbirin təşkil edildiyini də diqqətə çatdırıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev isə hər iki qurumun bu günə qədər birgə bir çox uğurlu layihələr reallaşdırdığını deyib: “Gənclərin əmək bazarında rəqabətə davamlı və hazırlıqlı olması son dərəcə vacibdir. Bunun üçün isə hər bir gəncin öz üzərində davamlı şəkildə çalışması əsas şərtdir”.

Forum çərçivəsində “Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu” mövzusunda panel müzakirəsi keçirilib. Gənclərin şəxsi inkişafında innovativ və rəqəmsal layihələrin rolu, rəqəmsallaşma dövründə fərdi inkişaf üçün strateji yanaşmalar, innovasiya ekosisteminin şəxsi inkişafa təsiri, eləcə də rəqəmsal bacarıqların və innovativ düşüncənin investisiya dəyəri ətrafında müzakirələr aparılıb. Çıxışçılar innovasiya və rəqəmsal dəyişimin insan kapitalının inkişafında rolu, gənclərin bu proseslərə adaptasiyası və mövcud imkanlar haqqında məlumat veriblər.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb, gənclərin fikir və təklifləri dinlənilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

20-06-2025

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

02-05-2025

“Youth Cyber Forum” keçirilib

25-02-2026

“Rəqəmsal Marketinq: Gənclər üçün karyera imkanları” adlı müzakirə keçirilib

26-09-2025

İRİA: 200-dən çox gənc beynəlxalq şirkətlərdə təcrübə proqramlarına cəlb olunub

29-11-2025

"RİNN"in dəstəyi ilə “Innosummit” infosessiyası keçirilib

29-04-2025

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

“Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirə təşkil olunub

17-11-2025

Gənclərin 2-ci Şəbəkələşmə forumu baş tutub

01-09-2025

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024

İnnovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

26-11-2025

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026

Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

23-05-2025

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

11-08-2025

Gənclər süni intellektin peşə seçimlərinə təsiri barədə maarifləndirilib

22-11-2025

Nazir Rəşad Nəbiyev Quba rayonunda gənclərlə görüşüb

05-08-2022

Keniyada Gənclərin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

01-11-2025

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024

Ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək

24-05-2019

Kibertəhlükəsizlik sosial və iqtisadi sabitlik üçün vacib elementidir

23-04-2025

Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi olub

23-12-2024

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə