Previous Next
Bağla

Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

23-05-2025 15:20
Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik Forumu keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “BİRİM” – Biznes, İnnovasiya, Rəqəmsal İnkubasiya və Müxtəliflik adlı innovativ forum keçirilib.

Xeberler.az bildirir ki, bu barədə UNEC-dən məlumat verilib. Tələbə rektor Nihad İsgəndərovun təşəbbüsü ilə təşkil olunan forumun əsas məqsədi gənclərə müasir dövrdə biznesin rəqəmsallaşması, süni intellekt texnologiyalarının inkişafı, startap ekosistemləri və intellektual əməkdaşlıq sahələrində yeni baxışlar qazandırmaq olub.

Nihad İsgəndərov forumun açılışında çıxış edərək bildirib ki, tədbir çərçivəsində iştirakçılar biznes və texnologiya dünyasının ən son trendləri ilə tanış olmaq, müxtəlif sahələr üzrə tanınmış ekspertlərlə birbaşa ünsiyyət qurmaq və gələcək əməkdaşlıqlar üçün mühüm şəbəkələr formalaşdırmaq imkanı əldə edəcəklər.

Sonra peşəkar spikerlər öz təcrübə və biliklərini iştirakçılarla bölüşüblər. “44 Group” şirkətinin rəhbəri Rüstəm Baxışəliyev “Süni intellekt çağında gənc sahibkar olmaq: ideyadan uğura gedən yol” mövzusunda çıxış edərək gənc sahibkarlara real bazar şəraitində uğura aparan strateji yanaşmalar və texnoloji imkanlardan danışıb.

Süni intellekt mütəxəssisi Ümid Salay isə “Yaradıcı süni intellektin həyatımızdakı rolu” mövzusunda çıxışı ilə süni intellekt texnologiyalarının gündəlik həyata və yaradıcılığa təsirindən bəhs edib.

İnnovasiyalar Mərkəzinin Layihələrin İdarəedilməsi Departamentinin direktor müavini Zinəddin Babayev “Biznes innovasiyaları və rəqəmsal layihələrdə yeniliklərin anlayışı” mövzusunda çıxışı ilə müasir biznes mühitində innovasiyaların tətbiqi və rəqəmsal layihələrin idarə olunması sahəsində praktiki məlumatlar təqdim edib.

Rəqəmsal marketinq üzrə mütəxəssis Anar Rüstəmli “Data əsaslı marketinq – avtomatlaşdırılmış gələcək” adlı təqdimatında data analitikası və avtomatlaşdırılmış marketinq texnologiyalarının gələcək marketinq strategiyalarındakı rolunu vurğulayıb.

Forumun digər spikeri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin startap ekosisteminin quruculuğu şöbəsinin müdiri Camal Ağayev “Süni intellekt və biznesin yenidən qurulması: İnnovasiya və kooperasiya ilə yeni imkanlar” mövzusunda çıxış edərək startap mühitində süni intellektin tətbiqi və innovativ əməkdaşlıqların önəmini diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

09-06-2026
AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olunub

AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olunub

05-03-2026
“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

“Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

27-10-2025
“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

13-10-2025
Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

24-10-2025
AzMİU əməkdaşları üçün süni intellekt mövzusunda təlim keçirilib

AzMİU əməkdaşları üçün süni intellekt mövzusunda təlim keçirilib

03-02-2025
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025
İKT sahəsində qadın liderlərlə interaktiv görüş keçirilib

İKT sahəsində qadın liderlərlə interaktiv görüş keçirilib

23-06-2025
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” “Bootcamp” keçirilib

“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” “Bootcamp” keçirilib

07-08-2025
Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026
İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

İİTKM süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

30-10-2025
Süni intellekt mövzusunda Biznes İnnovasiya Konqresi keçiriləcək

Süni intellekt mövzusunda Biznes İnnovasiya Konqresi keçiriləcək

23-09-2019
Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu müzakirə olunub

30-01-2026
“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

“ASAN xidmət” Süni İntellekt Günü konfransına tərəfdaşlıq edib

18-05-2026
Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib

13-02-2023
Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025
“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020
“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026
Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar mövzusunda seminar keçirilib

21-12-2018
“StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” keçirilib

“StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” keçirilib

05-11-2025
Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə