Sosial sahədə xidmətlərin geniş miqyasda elektronlaşdırılması işləri çərçivəsində həssas qruplara aid vətəndaşların “Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi də artıq elektronlaşdırılıb.
Xeberler.az bildirir ki, vətəndaşlar dost.gov.az saytına daxil olaraq “Səyyar DOST” bölməsinə keçid etdikdən sonra açılan pəncərədə sadə müraciət formasını doldurmaqla bu xidmət üçün e-qaydada növbəyə yazıla bilərlər.
Məlumatları daxil etdikdən sonra vətəndaşa avtomatik növbə təyin olunur və bu barədə onun mobil nömrəsinə sifariş etdiyi xidmət növü ilə bağlı ətraflı mesaj göndərilir.
“Səyyar DOST” xidməti DOST mərkəzləri tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi məqsədilə lazımi sənədlərin sifarişçidən təhvil alınması və emal edilərək ona təhvil verilməsini nəzərdə tutur.
Bu xidmət üçün e-qaydada növbəyə yazılma imkanının yaradılması vətəndaşların xidmətə əlçatanlığının, xidmətin çevikliyinin, keyfiyyətinin daha da artmasına imkan verir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları