Şirkətlər müştəriləri ilə WhatsApp üzərindən necə əlaqə yaradacaq?

02-05-2016 / 14:09

WhatsApp şirkətlərlə müştəri münasibətləri üçün rəsmən bir kanal halına gəlir.

Yanvar ayında DLD konfransına qatılan WhatsApp qurucusu Jan Koum populyar mesajlaşma tətbqinin tamamən pulsuz olacığını və şirkətlərlə istifadəçi əlaqələrini yönlədirəcəyini açıqlamışdı.

Bununla bağlı şirkət tərəfindən detallı məlumat paylaşılmamışdı.

The Information məsələ ilə bağlı ətraflı məqalə yazıb.

Qeyd edilib ki, WhatsApp-ın yeniliyi ilk olaraq banklar, aeroport və şirkətlərin müştərilərinə birtərəfli mesaj göndərməsinə imkan yaradacaq.

Belə ki, istifadəçilər  müştərisi olduğu bankla bağlı WhatsApp üzərindən bildiriş ala biləcək.

Bu bildirişlərlə gələn məlumatlar ilk mərhələdə interaktiv olmayacaq.

Markalar WhatsApp üzərindən istifadəçilərə məlumat yükü çox olan mesajlar da göndərə biləcək. Buraya mesaj kartları, müxtəlif linklər,  xidmətə məxsus şəkillər kimi məlumat yükü olan mesajlar daxildir.

Günel


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.