WhatsApp istifadəçiləri spam mesajları ala bilər

23-05-2015 / 10:32
WhatsApp yeni reklam modeli çərçivəsində şirkətlərin milyonlarla istifadəçiyə reklam mesajı göndərməsinə icazə verəcək.
 
Xəbərlər-in verdiyi məlumata görə, Whatsapp bir çox istifadəçinin reaksiyasını çəkəcək bir tətbiqə imza atmağa hazırlaşıb. Facebook bu platformu şirkətlərə reklam məqsədli aça biləcəyini bildirib.
 
ABŞ-ın Boston şəhərində təşkil edilən bir konfransda danışan Facebook CFO-su David Wehner, "B2B tətbiqinin bizim üçün yaxşı bir iş modeli olduğuna inanırıq" ifadələriylə bu xüsusiyyətin qısa bir müddət içində istifadəyə girə biləcəyinin siqnalını verib. Facebooka yaxın qaynaqlardan gələn ilk məlumatlara görə, ictimai media nəhəngi bu xüsusiyyət üçün indidən nəhəng şirkətlərlə bazarlıq masasına oturub belə.
 
Hələ də test mərhələsində olan proqram çərçivəsində şirkətlər reklamlarını milyonlarla WhatsApp istifadəçisinə mesaj yolu ilə (B2B) göndərə biləcək. İlk olaraq ABŞ-dakı istifadəçilərini əhatə edəcək olan bu xüsusiyyət qısa müddət içində digər ölkələrdə də aktiv hala gətiriləcək. Yəni anlayacağınız bu tətbiq ilə WhatsApp istifadəçiləri şirkətlərin spam mesajları ilə döyüşmək məcburiyyətində qala bilər. Bu tətbiq həyata keçdiyində WhatsAppın reklam nəşrlərindən istifadə edilə bilməz hala gələcəyini söyləyə bilərik.
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə