"Skype" səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır. Bu proqram vasitəsilə istifadəçilər bir-birilə pulsuz səsli və görüntülü şəkildə, həmçinin dünyanın istənilən mobil operatoru ilə ucuz qiymətlərlə danışa bilirlər. Dünyada xeyli məşhurluq qazanmış bu proqram haqqında oxucularımıza ətraflı məlumat vermək istəyirik.
1. "Skype" 2003-cü ilin avqustunda İsveçli Niklas Zenstorm və Danimarkalı Yanus Fris tərəfindən yaradılıb.
2. Son rəqəmlərə görə "Skype" istifadəçilərinin sayı 660 milyondan çoxdur.
3. 2010-cu ilin ilk 6 ayında "Skype" istifadəçiləri 95 mlrd dəfə səsli və görüntülü zəng ediblər.
4. Həmin müddətdə (2010-cu ilin ilk 6 ayında) "Skype" bu zənglərdən 406,2 mln dollar gəlir əldə edib.
5. Orta hesabla hər "Skype" istifadəçisi bir ildə "Skype"-a 96 dollar pul ödəyir.
6. "Skype" sözü "Sky peer-to-peer" birləşməsindən götürülüb və ilk dəfə "Skyper" kimi istifadə edilib. Sonradan sözün sonundakı "r" hərfi ləğv edilib və hal-hazırda işlənən "Skype" qəbul edilib.
7. 28 mart 2011-ci ildə "Skype"da "online" istifadəçilərin sayı rekord həddə çatıb - 30 milyon nəfər.
8. 2010-cu ildə "Skype"da istifadəçilər səsli və görüntülü olmaqla, 190 milyard dəqiqə danışıblar.
Rza Kamil, Deyerler
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri