Microsoft Azerbaijan Skype-dakı problemi araşdırır

21-09-2015 / 16:30

Skype internet messencerinin işində problemlərin səbəbi bir saat ərzində açıqlanacaq.

Xeberler.az-ın məlumatına görə, bunu Trend-ə Microsoft Azerbaijan şirkətindən deyiblər.

Dünya üzrə internet istifadəçiləri Skype.com saytına girə bilsələr də, Skype serverlərindən yararlana bilməyiblər.

Microsoft Azerbaijan-dan bildiriblər ki, artıq Microsoft servislərinin monitorinq sistemi yaranmış problem barədə hesabat hazırlayır.

Microsoft Azerbaijan-ın məlumatına əsasən, texniki nasazlıq ondan ibarətdir ki, istifadəçilər Skype-a girişdə çətinliklər hiss edirlər və ya onlar onlayn görünmürlər ki, bu da zəng etməyə və messencerin digər imkanlarından istifadə etməyə imkan vermir.

Şirkərt hazırda problemlərin aradan qaldırılması üzərində işləyir.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə