Skype servisində problem yaranıb və proqramın bəzi platformalarında olan versiyaları işləmir.
Xeberler.az Skype-ın rəsmi saytına istinadən xəbər verir ki, istifadəçilər Skype-a girişdə və Skype dostları ilə əlaqə yaratmaqda problem yaşayırlar.
Skype yaranmış problemlə bağlı açıqlamasında bildirib ki, tətbiq yaranmış problemlə bağlı istifadəçilərdən üzr istəyir və problemin yaxın zamanda aradan qaldırılmasına çalışır.
İstifadəçilərə servisin normal işi bərpa olunana qədər isə veb-versiyadan istifadə etmək təklif olunur.
Qeyd edək ki, əvvəlcə servisin işləməməsi haqda sosial şəbəkə istifadəçilər məlumat yayıblar. Bildirilirdi ki, nasazlıq ancaq statusun dəyişdirilməsilə bağlıdır. Həmçinin servisdə olan istifadəçilər oflayn kimi göstərilir və servis vasitəsilə zəng etmək mümkün olmur.
Skype-dakı bu problem bütün dünya ölkələrində yaşanır.
Skype 2011-ci ildə Microsoft tərəfindən alınıb. 2013-cü ildə MSN Messenger və Windows Live Messenger də Skype –la birləşib. Hazırda mesajlaşma, audio və video zəng xidmətləri təkif edən Skype proqramının müxtəlif platformalarda işləyən versiyaları fəaliyyət göstərir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri