Skype istifadəçilərinə kompensasiya ödəyəcək

29-12-2010 / 17:05

Skype rəhbərliyi bu günlərdə fəaliyyətində yaranmış problemlə əlaqədar istifadəçilərə kompensasiya ödəyəcəyini bəyan edib.

Rusiya mətbuatı xəbər verir ki, bu, yalnız pullu xidmət göstərən akkaunt sahiblərinə aiddir. Şirkətin icraçı direktoru Toni Beyts bunun «Skype Credit» kuponları formasında həyata keçiriləcəyini desə də, ödənişin nə vaxt baş tutacağını açıqlamayıb. O məlumdur ki, müştərilər 30 əlavə pulsuz zəng dəqiqəsi alacaq.

Xatırladaq ki, dekabrın 22-də Skype proqramına qoşulmaqda problem yaranıb və təxminən 8,5-10 milyon insan proqramın xidmətindən yararlana bilməyib. Çatışmazlıq təxminən 1 sutka sonra aradan qaldırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə