“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022 / 18:54

Qarabağın dirçəliş proqramına töhfə vermək istəyən 188 proqramçı və texnologiya həvəskarı “Ağıllı şəhər” konsepsiyası üzrə təşkil olunacaq yarışmaya müraciət ünvanlayıb.

 

Xeberler.az məlumat verir ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Smart Qarabağ” Hakatonuna qeydiyyat yekunlaşıb.

 

Azərbaycandan, ümumilikdə 131 nəfər beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Bununla yanaşı, “Smart Qarabağ” Hakatonunda iştirakla bağlı Türkiyə Respublikasından 57 müraciət daxil olub.

 

Münsiflər heyəti daxil olmuş 188 müraciəti tədbirin şərtləri çərçivəsində qiymətləndirərək növbəti mərhələyə keçid alan iştirakçıları təyin edəcəklər.

 

Qeyd edək ki, “Əşyaların interneti”, “Süni zəka”, “Maşın öyrənilməsi”, “Bulud” və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə