Previous Next
Bağla

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022 14:13
Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

“Rocket League” mərhələsi üzrə Avropanın ən güclü kiber atletləri Bakıda güclərini sınayacaqlar.

Xeberler.az bildirir ki, Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başlayıb.

Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

Kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi “Bakı Kristal Zalı”nda təşkil olunacaq. Yarışın milli təsnifat mərhələsi üzrə yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları tədbirdə iştirak hüququ qazanır.

Həmçinin bildiririk ki, Avropa çempionatının “CS:GO” mərhələsi cari ilin 5 – 6 iyul tarixində Rumıniyada, “eFootball” mərhələsi avqust ayında Monteneqroda və “DOTA 2/Free Fire” mərhələsi isə 20 – 25 sentyabrda Albaniyada təşkil olunacaq.

Qeyd edək ki, paytaxt Bakı 2014-cü ildə kiber idman üzrə beynəlxalq tədbirə ev sahibliyi edib. Kompüter oyunları üzrə 6-cı Dünya çempionatı (6th e-Sports World Championship 2014, Baku) zamanı 30 ölkədən 300-dən çox iştirakçı tədbirdə iştirak edib.

26 – 29 mayda keçiriləcək “Rocket League” mərhələsi üzrə Mükafat Fondu 15.000 ABŞ dolları təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 1 aprel 2022-ci ildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

“Rocket League” üzrə Avropa çempionatına start verildi  

25-05-2022

“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

06-04-2022

“Tekken7” yarışına start verildi  

27-05-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

KATV1 Çempionat iştirakçılarını genişzolaqlı internetlə təmin edəcək

01-09-2016

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

Ölkəmiz kompüter oyunları üzrə dünya çempionatında təmsil olunacaq

15-07-2016

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

“Planer” üzrə sınaq uçuşları keçirilib

22-05-2022

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

"Teknofest Azərbaycan" festivalında yeni nailiyyətlər nümayiş etdiriləcək

15-04-2022

 “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

26-05-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

Kiber idman turnirinə qeydiyyat başlanır

11-10-2018

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

"TEKNOFEST" tədbirinin detalları açıqlanıb

07-02-2022

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə