Previous Next
Bağla

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022 15:52
“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

Şimali və Cənubi Amerika, Afrika, Avropa və Asiya qitəsindən ümumilikdə 287 startap Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün innovativ layihələrini təqdim ediblər.

 

Xeberler.az bildirir ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 28 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinin qeydiyyat prosesi yekunlaşıb.

 

Qeyd edək ki, ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 101-i Azərbaycan təmsilçisidir.

 

İnnovativ layihələrin kateqoriyalarına gəlincə, təhsil sahəsində 43, “Fintech” üzrə 26, səhiyyə üzrə 30, “Ağıllı şəhər” üzrə 20, nəqliyyat və logistika üzrə 20, infrastruktur və təhlükəsizlik üzrə 11, əyləncə üzrə 14, sosial sahə üzrə 28, “Media&Ads” üzrə 6 və digər sahələr üzrə 89 təklif təqdim edilib.

 

Təqdim edilmiş layihələrin 14-ü ideya, 76-sı prototip (məhsulun ilkin nümunəsi), 126-sı MVP (alıcılar tərəfindən alınan və alıcı rəylərinə əsasən təkmilləşdirilə bilən məhsul) və 71-i böyük sərmayələrin cəlb edilməsi mərhələsindədir.

 

Müsabiqənin şərtlərinə əsasən MVP-yə malik olan startaplar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Ən azı 35-i yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılacaq.

 

İlkin təsnifatlandırmadan uğurla keçən startaplar tədbirin rəsmi açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər.

 

Qeyd edək ki, sammitdə startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək, sərgi və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

 

Yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022

 “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

26-05-2022

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

06-04-2022

“Rocket League” üzrə Avropa çempionatına start verildi  

25-05-2022

“Tekken7” yarışına start verildi  

27-05-2022

“Planer” üzrə sınaq uçuşları keçirilib

22-05-2022

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022

Azərbaycanda beynəlxalq startap müsabiqəsi keçiriləcək

08-10-2015

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

Lənkəran Dövlət Universitetində Startap Günləri keçiriləcək

22-05-2019

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

"Aqrar texnologiyalar" müsabiqəsinə qeydiyyat aparılır

11-02-2022

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə