Previous Next
Bağla

50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

19-04-2022 17:27
50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb

Azərbaycan da daxil olmaqla 8 ölkədən 50 startap “Take Off Baku”da iştirak hüququ qazanıb.

 

Xeberler.az bildirir ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammitinin iştirakçıları təsdiqlənib.

 

Münsiflər heyəti müsabiqənin şərtlərinə əsasən MVP (alıcılar tərəfindən alınan və alıcı rəylərinə əsasən təkmilləşdirilə bilən məhsul) və hazır məhsula malik, o cümlədən satış həyata keçirən komandalar arasından ən güclü 50 startapı müəyyən edib.

 

Qeyd edək ki, ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak üçün qeydiyyatdan keçib, onlardan 101-i Azərbaycan təmsilçisidir.

 

İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5, səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə 2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11 təkliflə beynəlxalq tədbirdə investorlar qarşısında təqdimatla çıxış edəcəklər.

 

Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80 faizi proqram, 20 faizi isə aparat təminatına aiddir.

 

İştirakçı statusu əldə etmiş 50 startapa tədbirin rəsmi açılış mərasiminə kimi beynəlxalq mentorlar tərəfindən “Marketdə düzgün seqmentin seçilməsi”, “Müştəri yönümlü həllər”, “Pitçinq”, “İnnovativlik və Səmərəlilik” və “Startap komandasının funksional səriştəliliyi” mövzusunda 11 master klass təşkil olunacaq.

 

Qeyd edək ki, sammitdə startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək, investorlarla görüşmək, sərgi və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

 

Yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

 “Take Off Baku” beynəlxalq startap sammiti öz işinə başladı

26-05-2022

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

"Teknofest Azərbaycan" çərçivəsində texnoloji müsabiqələrə qeydiyyat başa çatıb

02-03-2022

“Azercell Telekom” MMC festivalın baş sponsoru oldu

12-04-2022

“Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı

11-04-2022

“TEKNOFEST Azərbaycan”ın keçiriləcəyi məkana media tur təşkil olunub

24-05-2022

“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin nəticələri açıqlanıb

25-03-2022

“Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

15-03-2022

Kiber idman üzrə Avropa çempionatı keçiriləcək

03-03-2022

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025

Bakıda keçiriləcək "Teknofest" festivalının tarixi açıqlanıb

11-01-2022

“Rocket League” üzrə Avropa çempionatına start verildi  

25-05-2022

“Tekken7” yarışına start verildi  

27-05-2022

“Planer” üzrə sınaq uçuşları keçirilib

22-05-2022

“Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başa çatıb

06-04-2022

“TEKNOFEST Azərbaycan” çərçivəsində Flyboard əyləncə proqramı təşkil olunacaq

28-03-2022

İrem Bayraktar: “TEKNOFEST-in Azərbaycanda daimi keçirilməsini dəyərləndiririk”

06-09-2023

Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

31-05-2017

“TEKNOFEST Türkiyə – 2023”də qalib olmuş Azərbaycan komandaları-FOTO

03-05-2023

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

Səlcuk Bayraktar Bakıda MiG-29-da uçub

25-05-2022

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

Azərbaycanda beynəlxalq startap müsabiqəsi keçiriləcək

08-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə