“SMART Qarabağ” Hakatonunun qalib komandaları Şuşaya səfər edib

30-05-2022 / 16:05

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “SMART Qarabağ” Hakatonunun qalib komandaları “AzInTelecom” MMC-nin nümayəndələri ilə birlikdə Şuşaya səfər ediblər.

Xeberler.az bildirir ki, səfər zamanı qaliblər Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər ağa məscidini ziyarət ediblər.

Qeyd edək ki, mayın 25-də start götürən “SMART Qarabağ” Hakatonunda 30 komandadan ibarət 70 yarışçı öz rəqəmsal biliklərini real layihəyə çevirməyə çalışıblar.

50 saat davam etmiş müsabiqədə işğaldan azad edilən Azərbaycan ərazilərinin normal regiona transformasiyası istiqamətində bir çox “Ağıllı həllər” hazırlanıb.

Türkiyə və Azərbaycandan yarışmaya qatılan komandalar Qarabağın bərpası istiqamətində təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrində “Ağıllı həllər” hazırlayaraq təqdim edib.

Mayın 28-də elan olunan nəticələrə görə, Elektron Hökumətin İnkişafı Mərkəzini təmsil edən Azərbaycan komandası “Safe Karabakh” – eyni adlı mobil tətbiq I yerin, Türkiyənin “Sytematör” komandası – SİNA dronu II yerin, Türkiyənin A komandası – “Dayanıqlı ekoloji ağıllı şəhər modeli” III yerin qalibi olub.

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.