Previous Next
Bağla
REKLAM YERİ

Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

07-12-2017 16:50
 Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

Bakutel çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibləri mükafatlandırılıb. 

Nazirlikdən Xeberler.az-a verilən məlumata  görə, müsabiqəyə 11 qrup və 8 nəfər fərdi olaraq hazırladıqları maraqlı mobil tətbirlərlə qatılıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, Best Comp Group, Microsoft şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.

Qeyd edək ki, mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.

Münsiflər heyətinin qərarı ilə “Plus Group” komandası – I yer, “The Dev Squad” komandası – II yer, “No Name” komandası – III yerə layiq görülüblər.

Məlumat Hesablama Mərkəzi tərəfindən birinci yerin sahibinə 2000 AZN, ikinci yerin sahibinə 1500 AZN, üçüncü yerin sahibinə isə 1000 AZN pul mükafatı, kuboklar və  diplomlar təqdim edilib. Bütün iştirakçılara isə elektron imza sertifikatı hədiyyə olunub.

Müsabiqədə iştirak edən bütün tələbələr isə “Microsoft BizSpark” layihəsi çərçivəsində Microsoft-unmasaüstü proqramlarını, server həllərini və bulud imkanlarını əldə ediblər.

Yüksək Texnologiyalar Parkı isə 2 layihənin müəllifləri - I və II yer sahiblərinə - 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik mobil tətbiq müsabiqəsinin qaliblərini açıqlayacaq

28-11-2017

Nazirlik mobil tətbiqlərlə bağlı müsabiqə elan edib

13-11-2017

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

21-12-2017

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum oldu

20-11-2015

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017

Azərmarka uşaqların çəkdiyi rəsmlərdən poçt açıqcası hazırlayıb

22-06-2018

Hackathon müsabiqəsinə start verildi

11-03-2019

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

İkinci ABB Regional Hakatonunun qalibləri elan olunub

07-07-2021

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Spartakiadanın dama oyunlarında birinciliyi Bakı Telefon Rabitəsi MMC-nin komandası qazanıb

29-01-2019

Spartakiadada şahmat yarışına yekun vurulub

07-02-2019

Global Virtual Hackathon müsabiqəsinin qalibləri müəyyənləşib

13-04-2020

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

AzInTelecom Hackathon keçirir

23-10-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

Spartakiadanın qalibləri mükafatlandırılıb

18-03-2019

Bu tətbiqlə poçt göndərişlərinizi izləyə bilərsiniz

05-01-2018

BANM kibertəhlükəsizlik yarışında qalib oldu

02-10-2024

Proqramçılar arasında keçirilən yarışın qalibləri-Foto

02-11-2017

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə