Previous Next
Bağla

NASA Space Apps Azerbaijan hakatonunun qalibləri müəyyənləşib

21-10-2019 09:24
NASA Space Apps Azerbaijan hakatonunun qalibləri müəyyənləşib

Xeberler.az bildirir ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, “Lenovo” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin baş sponsorluğu ilə oktyabrın 18-dən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun (proqramçıların birləşərək müxtəlif problemləri həll etməsi) final mərhələsi keçirilib.

“Azərkosmos”dan bildirilib ki, yarış zamanı 25 komandadan ibarət 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıb. Həmin komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda “NASA Space Apps Azerbaijan” hakatonunun qalibi elan edilib. Beləliklə, birinci yerin qalibi “ICARUS”, ikinci yerin qalibi “SpaceSetup”, üçüncü yerin qalibi isə “Ulduz Station” komandası olub.

Qalib komandalar pul mükafatları ilə təltif ediliblər.

Hakatonun qalibləri beynəlxalq “NASA Space Apps” hakatonunun tapşırıqlarına uyğun olaraq Yer kürəsində meşə yanğınlarının, dəniz və okean sularının çirklənməsini və plastik tullantıların qarşısının alınması istiqamətində həllər təqdim ediblər. Azərbaycanda ilk dəfə keçirilən “NASA Space Apps Azerbaijan” hakatonu gənclər üçün kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratdı. Bununla yanaşı, hakaton iştirakçılara, əslində, kosmosun gələcəyini daha yaxşı təsəvvür etməyə və aktual olan ekoloji problemlərin həllinə birbaşa yol göstərir.

Hazırda planetimizin orta temperaturu ilbəil artır və su ehtiyatları tükənməkdədir. Bunların hamısı planetimizi olduqca narahat edən məsələlərdəndir. Bu kimi mühüm məsələlərə biganə qalmamaq üçün dünyada 200-dən çox şəhərdə eyni vaxtda keçirilən “NASA Space Apps” hakatonu innovativ ideyaları dəstəkləyir.

Qeyd edək ki, hakaton müddətində yarış iştirakçılarına NASA-nın “Saturn planetinin tədqiqatı üzrə Kassini proqramı”nın baş tədqiqatçısı Anna Verbisker tərəfindən ustad dərsləri keçirilib, kosmosun öyrənilməsində NASA-nın apardığı işlərdən bəhs edilib. Azərbaycanda gənclər arasında kosmosa və kosmik infrastruktura böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycanın kosmik proqramının uğurlu inkişafını göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ilk dəfə NASA Space Apps Challenge keçiriləcək

13-09-2019

NASA Space Apps Azerbaijan Hackathonunun qalibləri ilə görüş keçirilib

01-11-2019

“Nasa - Space Apps Challenge Baku” hakatonu keçirilir

09-10-2023

Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilib

18-10-2019

NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir

03-10-2023

HP NASA-nın 10 il müddətinə əsas İT-podratçısı olub

09-03-2011

NASA 50 il sonra Aya insanlı missiyanı həyata keçirib

02-04-2026

NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

02-10-2021

NASA Çin vətəndaşlarına agentlik proqramlarında iştirakı qadağan edib

11-09-2025

ABŞ-ın nəqliyyat naziri NASA rəhbəri vəzifəsini icra edəcək

10-07-2025

NASA Günəşdəki partlayışın şəklini çəkib

25-08-2015

NASA-nın 2000-dən çox rəhbəri şəxsi işdən çıxır

10-07-2025

İxtisarlar NASA-nın proqramlarına mənfi təsir edəcək

31-07-2025

NASA Ayın nadir fotolarını lentə alıb

06-08-2015

ABŞ NASA-ya 19 milyard büdcə ayırır

13-03-2017

NASA növbəti heyəti Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

12-02-2026

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq

09-01-2026

NASA Yupiterin peyki Avropada həyat axtaracaq

04-09-2024

NASA astronavtları Aya göndərir

03-03-2023

Tramp NASA-ya rəhbərlik üçün Ayzekmanın namizədliyini irəli sürüb

05-11-2025

NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

03-04-2026

NASA və İsrail arasında saziş imzalanıb

14-10-2015

NASA öz kosmik gəmisi ilə əlaqəni itirib

11-12-2025

Beynəlxalq Kosmik Stansiyaya gedən kosmonavtların sayı azaldılıb

01-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə