Previous Next
Bağla

Smartfon bazarında gələcəyin 10 texnologiyası bəlli olub

09-06-2016 16:02
Smartfon bazarında gələcəyin 10 texnologiyası bəlli olub

Sürətli simsiz enerjidoldurma, əlavə və virtual reallıq, bir neçə matris və obyektivdən ibarət kameralar sistemi və biometrik autentifikasiyanın dəstəyi əsas texnologiyalar onluğuna daxil edilib.

Beləliklə, Gartner analitik şirkəti yaxın 1.5 ildə smartfon sənayesinin inkişaf istiqamətlərini müəyyənləşdirib.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, əsas texnologiyalar onluğuna, həmçinin virtual şəxsi assistentlər, elastik və bükük displeylər, yeni Wi-Fi 802.11 standartı, USB-C və daxili SIM kartlar (e-SIM) interfeysinin dəstəyi daxil edilib.

Bütün sadalanan texnologiyalar smartfondan istifadəni daha rahat və maraqlı edəcək və cihaz istehsalçılarına yeni biznes imkanları yaradacaq" – Gartner-in analitiki Robert Kozza deyib.

Yuxarıda sadalanan texnologiyalar 5 əsas parametr üzrə seçilib: batareyanın şarjı, virtual effekt, fərdi təcrübə, displey texnologiyaları və rabitə üsulları.

Gartner-in analitiklərinin fikrincə, smartfon və planşetlər virtual reallıq texnologiyasının işə salınması üçün əla variantdır. Oculus Rift və HTC Vive kimi virtual reallıq şlemləri isə daha geniş imkanlar təklif etsələr də, lakin bundan ötrü fərdi kompüter və ya oyun konsolu tələb olunur ki, bu da həmişə rahat deyil.

Virtual reallıq, həmçinin kommersiya təşkilatları üçün yeni perspektivlər açır. Belə ki, kommersiya təşkilatları virtual reallıq texnologiyasının köməyilə istehlakçılar üçün nəzərdə tutulmuş məhsullarla yeni qarşılıqlı əlaqə təcrübəsi yarada və ondan əməkdaşlarla kommunikasiya vasitəsi kimi istifadə edə bilərlər. Gartner şirkətinin analitikləri hesab edirlər ki, 2018-ci ilədək virtual reallıq qurğularının 26%-i məhz biznes sahəsində istifadə olunacaq.

Bu yaxınlarda keçirilmiş araşdırmaya əsasən, iPhone və iPad istifadəçilərinin, demək olar, hamısı (97%) ictimai yerlərdə “Siri” səs assistentindən istifadə etməyə utanırlar. Bununla belə, Gartner-in analitikləri əmindirlər ki, belə texnologiyalar sürətli templə inkişaf etməyə davam edəcək.

İllər ötdükcə mobil qurğular insanların həyatında önəmli yer tutur. Bu qurğular şəxsi şəkillərin saxlanılması, bank hesablarına, avtomobil salonuna və evə giriş üçün istifadə edilir. Bu, giriş texnologiyasının gücləndirilməsini tələb edir. Hazırda bir çox istehsalçılar qurğulara barmaq izi skaneri qururlar.

Yaxın illərdə cihaz sahibinin tanınması texnologiyası daha da təkmilləşdiriləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Virtual reallıq istifadəçilərinin sayı 250 milyonu ötəcək

11-08-2017

Virtual reallıq hiss olunacaq

29-07-2016

Virtual reallıq funksiyasına malik ilk kinoteatr

18-02-2017

YouTube üçün virtual reallıq əlavəsi təqdim edilib

11-11-2016

Virtual reallıq kioskları istifadəyə verilib

25-12-2017

Facebook virtual reallıq mərkəzi yaradır

19-01-2016

Google məşhur smartfon brendini satın aldı

21-09-2017

Ordular virtual reallıq vasitəsilə idarə olunacaq

12-05-2015

Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub.

24-07-2018

Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda təlim keçirilib

22-02-2019

Nokia virtual reallıq kamerasını təqdim etdi

31-07-2015

Gartner 2009-cu ilin əsas texnologiyasını müəyyənləşdirdi

28-10-2008

Oculus Rift-in satış tarixi bəlli oldu

07-05-2015

Baxışla idarə olunan ilk virtual mağaza

19-05-2016

Qlobal fərdi kompüter bazarında artım olacaq

18-10-2017

Virtual reallıqda obyektlərin formasını hiss edən əlcək hazırlanıb

16-10-2018

Microsoft əlavə və virtual reallıq otaqları açıb

19-01-2018

Virtual reallıq xarici dil öyrənməyə kömək edəcək

13-09-2017

HTC Vive Virtual Gerçəklik eynəyini nümayiş etdirdi

10-04-2015

Samsunglara VR dəstəyi

11-05-2015

Kosmosun fəthi üçün robot hazırlanıb

22-11-2017

OCULUS RİFt 1 il gec nümayiş olunacaq

29-04-2015

Yeni qurğu klaviatura və mausu əvəz edəcək

18-05-2016

Mark Zuckerberg məhkəmədə ifadə verib-Səbəb

18-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə