Virtual Gerçəklik termini illərdən bəri insanların həyatlarında olan və arxasınca qaçdıqları bir texnologiyadır. 1966 ilə 1969 illəri arasında çəkilən Kosmos Yolu (Star Trek) serialında gördüyümüz Virtual Gerçəklik faktı 2015ci ildən evlərimizə girməyə başladı.
Samsung sentyabr ayında etdiyi unpacked fəaliyyətində Galaxy VR virtual reallıq gözlüyünü tanıtmışdı. Virtual Gerçəklik mövzusunda adından ən çox bəhs edilən Galaxy VR'ın son məhsulunun bu ilin sonunda bazarda olacağı ifadə edilərkən test edən insanların Galaxy VR'ın bu ana qədər gördükləri ən müvəffəqiyyətli virtual reallıq eynəyi olduğunu ifadə etmələri bu məhsulla əlaqədar həyəcanı daha da artırmaqdadır.
Ötən ay keçirilən Dünya Mobil Konqresində isə HTC məşhur oyun firması Valve ilə inkişaf etdirdiyi Vive VR eynəyini tanıtdı. Hələ tam olaraq hazır olmayan, lakin 2015-ci ilin son rübündə bazara çıxacağı deyilən HTC Vive-da Virtual Gerçəkliyi tamam fərqli bir səviyyəyə çatdırmağı qarşısına məqsəd qoyub.
Bütün bunlardan əvvəl Google üçün Cardboard Telephone VR 3D Glasses adında kartondan düzəldilmiş 3 ölçülü virtual reallıq eynəyi edildi. Cib telefonlarının bu eynəyə taxılması və 2 lupa ilə bu ekranlara baxılması ilə yanaşı 3D dünyaya daxil etməyi təmin edilirdi. Cib telefonlarında olan gyroscope sensor ilə də içində olduğunuz dünyada ətrafa baxmaq imkanı təmin edilirdi.
LG isə bu texnologiyanı olduqca yığcam bir hala gətirərək G3 üçün bir virtual reallıq eynəyi meydana gətirdi. "VR for G3" adıyla elan edilən bu virtual reallıq eynəyin bir müddətdir ki, test edilir.
Eynəkdən istifadə etmək üçün əvvəlcə Google Play Store-dan VR proqramı olan Cardboard tətbiqini telefona yükləməli, tətbiqi qurduqdan sonra Get Cardboard Apps tətbiqinə basaraq bir çox proqrama müraciət edə bilərsiniz. Beləliklə həm ödənişli həm də pulsuz proqramları marketdən tapa bilirsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri