Kosmosun fəthi üçün robot hazırlanıb

22-11-2017 / 15:42

Yaponiyanın Toyota şirkəti dünyada ən böyük avtomobil istehsalçılarından biri kimi tanınır.

Lakin son zamanlar korporasiya robot istehsalı ilə də maraqlanır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu yaxınlarda sözügedən şirkət kosmosun fəthində istifadə edilə bilən T-HR3 adlı insanabənzər robotunu təqdim edib.

Robot yalnız kosmik məkanda deyil, həm də Yer kürəsində fəlakət, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında, son dərəcə aşağı və yüksək temperatura malik, həmçinin yüksək radiasiyalı ərazilərdə tətbiq oluna bilər.

T-HR3 robotunu idarə etmək üçün virtual reallıq texnologiyasından istifadə olunur. Operator əmrlər vermək üçün xüsusi kresloya əyləşməli və virtual reallıq şlemindən istifadə etməlidir.

Bundan sonra robot kreslodakı insanın bütün hərəkətlərini təkrarlamağa başlayır. Kresloya qurulmuş xüsusi qəbuledicilər operatorun bütün hərəkətlərini dəqiqliklə qeydə alır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə