“SpaceX” “Super Heavy” raketinin nəzarətli qayıdışını gerçəkləşdirib

13-10-2024 / 21:25

Amerikalı milyarder İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti “Super Heavy” daşıyıcı raketinin “Starship” kosmik gəmisi ilə beşinci sınaq uçuşunu uğurla başa çatdırıb.

Xeberler.az məlumat verir ki, yayım şirkətin sosial şəbəkə səhifəsində aparılıb.

Bir saatdan bir qədər çox davam edən uçuş zamanı gəmi 212 km yüksəkliyə qalxıb və Hind okeanında dəqiq müəyyən edilmiş kvadratda suya enib. Suya endikdən sonra bir parıltı görünüb, lakin yayımın aparıcıları bunun səbəbini şərh etməyiblər.

“SpaceX” həmçinin ilk dəfə olaraq “Super Heavy” daşıyıcı raketinin Yerə nəzarətli qayıdışını həyata keçirməyə nail olub. Təxminən səkkiz dəqiqədən sonra raket 100 km-dən çox yüksəklikdən enib və Boka-Çika kosmodromunun (Texas ştatı) meydançasında quraşdırılmış xüsusi “Mechazilla” platformasına yumşaq eniş edib.

Buraxılışı canlı yayımda təxminən 4 milyon insan izləyib.

İstehsalçı şirkətin planlarına görə, “Starship” kosmik sistemi universal olacaq və müxtəlif versiyalarda Yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin buraxılması və Ay və Marsa, eləcə də daha uzaq kosmik obyektlərə missiyaların həyata keçirilməsi üçün istifadə edilə biləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə