Previous Next
Bağla

Sosial mediadan pul qazanmaq üçün daha bir imkan- Keepface

08-01-2016 17:03
Sosial mediadan pul qazanmaq üçün daha bir imkan- Keepface

Brend şirkətlərlə  nüfuzlu sosial media istifadəçiləri və bloqerlərlə birgə sosial media layihələri hazırlamaq məqsədi ilə  Azərbaycanda Keepface platforması yaradılıb.

Belə ki, Keepface adlı layihə sevdiyiniz brendlər ilə işləməyə və onların sosial media kampaniyalarının bir parçası olmağa imkan yaradır.

Layihə rəhbəri  Vaqif Abbasov  Xeberler.az-a bildirib ki, son illər dünyada trend olan "Influencer Marketing" platformaları sürətlə artmaqdadır. Hətta buna "Reklamın yeni dövrü" deyə adlandıranlar da var.

Onun sözlərinə görə, reklam posterlərini brendlər paylaşdıqda ona maraq çox az olur və məhəl qoyulmur. Ona görə hər kəs məhsul və xidmətin "ağızdan-ağıza" yayılmağını istəyir. Influencer Marketinq platformaları isə məzmunun viral  yayılması üçün bir başlanğıc ola bilir.

Buna görə də onlar  bu trendə uyğun Azərbaycan və qonşu ölkələri hədəfləyən Keepface adlı influencer marketinq platforması qurub:

“ Influencer kimdir? Məşhur simalar, bloqerlər, daha çox insan tərəfindən izləyicisi olan nüfuzlu sosial media istifadəçiləri, həmçinin izləyicisi çox olmasa belə, maraqlı və yaradıcı paylaşımlar edən insanlar”.

Vaqif Abbasov platformanın fəaliyyət istiqaməti barədə ətraflı məlumat verib.

Şirkətlər/Brendlər üçün hansı problemlər həll edilir?

- Tanımadığınız influencerləri kəşf etmək.

- Influencerləri bir platformadan izləmək və onların vasitəsilə kampaniyalar həyata keçirtmək.(Artıq tək-tək əlaqə yaratmağa ehtiyac yoxdur)

- Kampaniya büdcəsini öncədən təyin edə bilmə və nəticə ilə bağlı praqnozları verə bilmək.

- Influencerlərin öz üslublarına uyğun məhsul haqqında təbii və yaradıcı məzmunların hazırlanması.

- Real vaxt çərçivəsində kampaniyanın gedişatına nəzərət və uyğun dəyişikliklər edə bilmə imkanı.

- Keçirdiyiniz kampaniyalar haqqında statistik məlumatları və hesabatları əldə etmək.

- Ödəniş əməliyyatlarını tək-tək fiziki şəxslərlə deyil, bir hüquqi şəxslə həyata keçirtmək.

Keepface  neçə işləyir?

 Qeydiyyatdan keçin

Keepface platformasında qeydiyyatdan keçib, sosial media hesablarınızı daxil edin. Şəxsi bloqunuz varsa , onu da sistemə tanıtdırın. Daha sonra Ayarlar bölməsindəki sizə aid olan məlumatları tam doldurun. Bu sizə daha uyğun kampaniyalara təkliflər almağa kömək edəcək.

Sevdiyin kampaniyanı seçin

Brendlərin sosial mediada keçirdiyi kampaniyalarda iştirak edinvə öz üslubuna uyğun məzmun hazırlayaraq təklif göndərin. Yalnız izləyicilərinizin bəyəndiyi və üslubunuza uyğun kampaniyalarda iştrak etməyiniz tövsiyyə olunur.

 Paylaşın

Qoşulduğunuz kampaniyalara uyğun hazırladığıınız məzmunları sosial media hesablarınızda (Instagram, Facebook, Twitter və s.) və bloqunuzda paylaşın.

Statistikaları izləyin

Sosial media hesablarınızdakı paylaşımların statistik məlumatlarını izləyin. İzləyicilərinizin məhsul və xidmətlərlə bağlı suallarına cavab verib, daha çox izləyicinin paylaşımdan xəbərdar olmasına kömək edin.

Gəlir əldə edin

İştrak etdiyiniz kampaniyalara uyğun ödənişləri alın və onu öz hesabınıza köçürdün.

 Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Keepface Gürcüstan bazarında fəaliyyətə başladı

03-04-2017

Yerli startapımız Türkiyədə də xidmətə başladı

25-12-2017

Startapçılarımız Bakıda böyük tədbir keçirəcək

21-08-2017

Sabah brend sahibləri ilə influencer-lər görüşəcək

29-09-2017

Influencer Marketing bazarının həcmi 1,5 milyarda çatdı

21-02-2018

Influencer Day-də nələr olacaq?

19-09-2017

Yerli startap komandamız Dubayda fəaliyyətə başladı- Foto

24-07-2017

Bakıda keçirilən İnfluencer Day-də nələr oldu?-Foto

02-10-2017

Startapımızın xaricdən aldığı investisiyanın məbləği açıqlandı-ÖZƏL

25-01-2018

Yerli startapımız Dubayda investisiya aldı

24-01-2018

Azərbaycan kriptovalyuta bazarına yeni rəqəmsal pul çıxaracaq

26-10-2018

Sosial media fenomenləri nə qədər qazanır?

13-06-2017

Azercell-in Instagram izləyicilərinin sayı 200 000 oldu!

03-04-2024

Azercell Biznesim Sosial Şəbəkə Paketlərini təqdim edir

06-09-2019

Azərbaycanlıların hazırladığı tətbiq «Zoom», «Tik-Tok», «Facebook» və «Youtube»u - GERİDƏ QOYDU

07-12-2020

Yaradıcı tweet atmağın 11 yolu

04-03-2015

Rəqəmsal marketinq üzrə təlimlər başlayıb

09-09-2015

“Reklama yalnız pul xərcləməklə effektli etmək olmur”-Müsahibə

13-03-2018

Facebook səhifə idarəçiliyində ən çox edilən səhvlər

16-01-2015

Startapçılarımız informasiyanın əldə edilməsini asanlaşdıran yeni sistem yaradıb

22-07-2015

Gənclər üçün Yelo Ambassadors layihəsi 

06-10-2022

Seçkilər zamanı sosial şəbəkələr bağlanacaq?

08-02-2018

“Şirkətlər sosial media işini agentliyə həvalə etməlidir”

15-07-2015

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

14-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə