“Sübut edəcəyik ki, Mozilla Google-dan asılı deyil”

27-11-2015 / 12:10

Mozilla hər ilin noyabr ayında açıqladığı bir əvvəlki ilə aid illik gəlir hesabatını 2014-ci il üçün nəşr etdirib.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, hesabata görə, təşkilat 2014-cü ildə 330 milyon dollar gəlir əldə edib.

Məlum olub ki, gəlirin yüzdə 98-i ise Google-ın hesabına əldə olunub. 

Google-ın Mozilla-nın gəlirinin böyük hissəsinə sahib olmasının səbəbi isə ötən il axtarış sistemi haqqında tərəflər arasında müqavilə bağlanması idi.

Buna görə də Mozilla Google ilə bağladığı müqaviləni bitirdi, onun yerinə Rusiyada Yandex, Çində Baidu ilə razılaşdı.

Firefox-un Avropada axtarış sistemi hələ də Google-dur.

Mozilla-nın İş və Hüquq işlərindən məsul müdiri Denelle Dixon-Thayer açıqlamasında şirkətin bundan bir gəlir əldə etmədiyini söyləyib.

Mozilla-da maliyyə direktoru vəzifəsini yerinə yetirən Jim Cook 2015-ci ilin gəlir rəqəmlərinin 2014-ci ildən daha yaxşı olacağını, Mozillanın gəlir baxımından Google-dan asılı olmadığını sübut edəcəklərini deyib.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə